header

 Ayətullah Xamenei: İslamda nüvə silahının istehsalı qadağandır

 Ayətullah Xamenei: İslamda nüvə silahının istehsalı qadağandır

Xəbər verdiyimiz kimi, Ali Rəhbər Ayətullah Xamenei Xobreqan Ekspertlər Şurası Məclisinin başçısı və üzvlərini qəbul edib.

Tashaio.com “leader.ir” saytına istinadla xəbər verir ki, görüş bu gün günün ikinci yarısında İmam Xomeyni (r.ə) adına hüseyniyyədə baş tutub. Görüşdə çıxış edən Ayətullah Xamenei ölkə daxilində bir sıra məsələlər və beynəlxalq məsələlər haqqında danışıb.

 
Ayətullah Xamenei bildirib ki, bu arada beynəlxalq sionizmin təlxəyi davamlı olaraq deyir ki, biz İranın nüvə silahına əl tapmasına imkan verməyəcəyik.
 
“Siz kimsiniz ki, İranın nüvə silahına əl tapmasına imkan verməyəsiniz. Əgər bizim nüvə silahı əldə etməyə qərarımız olsaydı, siz və sizdən böyüklər də buna mane ola bilməzdi. Bizim bu haqda qərarımız yoxdur. Bu, bizim islami düşüncəmizdir. Bizim islami düşüncəmiz və prinsiplərimiz deyir ki, dinc sakinlərin qətliamına səbəb olacaq silah qadağandır. Bu növ silah qadağandır, istər bu silah nüvə silahı olsun, istər kimyəvi silah. Biz İslam prinsipinə əsasən, bu növ silahı istəmədik, yoxsa, siz kimsiniz ki, bizə mane olasınız.”
 
Ali Rəhbər ABŞ-ın atom bombalaması nəticəsində bir gündə 220 min insanın qətliam edilməsini xatırladaraq bildirib ki, hazırda beş ildir ki, qərb ölkələrinin təchiz etdiyi qırıcılar davamlı olaraq Yəməndə dinc sakinləri, məktəbi, məscidi və xəstəxanaları bombalayır. Yəmənin məzlum xalqını mühasirədə saxlayır.
 
“Bu işlər onların (qərb ölkələrinin) metodudur. İran İslam Respublikası bu metodu qəbul etmir və ona görə də nüvə silahı haqqında heç düşünmür. Lakin ölkənin ehtiyacları üçün əlverişli nüvə tenxologiyası gücünü əldə etməkdə qərarlıyıq. İranın uranın zənginləşdirmə həddi 20 faiz deyil. Ölkənin ehtiyacına uyğun və nüvə mühərrikləri üçün lazım gələrsə, uranın zənginləşdirməsini 60 faizə də çatdıra bilərik.”
 
İran və 5+1 ölkələri arasında nüvə sahəsində əldə olunan Hərtərəfli Birgə Fəaliyyət Planından danışan Ayətullah Xamenei bildirib ki, bir neçə illik müqavilə imzalanıb, əgər onlar bu müqaviləyə əməl etsələr, biz də onların əməl etdiyi müddətə qədər əməl edəcəyik. Lakin Qərb ölkələri özləri də çox yaxşı bilirlər ki, biz nüvə silahı ardınca deyilik. Nüvə silahı məsələsi bir bəhanədir, onlar bizim adi silahlarımıza belə qarşı çıxırlar. Bizim müdafiə imkanlarımıza qarşdırlar. Çünki onlar İranın güc komponentlərini əlindən almaq istəyirlər.”
 
İranın uranı zənginləşdirməyə ehtiyacını təbii və zəruri adlandıran Ali Rəhbər bildirib ki, bir neçə ildən sonra nüvə stansiyaları ölkələrin ən önəmli enerji təmini mənbəyi olacaq və bu bir həqiqətdir. “Bir gün ola bilər ki, neft tükənsin və ya başqa bir cəhətdən atom enerji stansiyaları onların yerini tutsun. Çünki daha sağlam, daha təmiz və daha ucuz enerjini nüvə stansiyasından əldə etmək mümkindir. Bizim də həmin vaxt nüvə texnologiyasına ehtiyacımız olacaq. Zənginləşdirməyə ehtiyac olan həmin vaxt başlamq olmaz, bu gün başlamaq lazımdır ki, lazım olanda bu imkanımız olsun. Hegemon Qərb ölkələri bunu istəmir. Onlar istəyir ki, İran nüvə enerjisinə ehtiyacı olan zaman onlara möhtac olsun və beləliklə, İranı şantaj etmək üçün nüvə enerjisindən bir vasitə kimi istifadə etsinlər. Hazırda nefti çox aşağı qiymətə ölkələrdən alırlar və hələ bir borclu da çıxarırlar. Əgər neft qərb ölkələrinin, məsələn, İngiltərənin, Fransanın və Almaniyanın əlində olsaydı və biz onlardan neft almaq istəsəydik, bizə nefti butulka ilə belə verməzdilər, versəydilər də, el dilində deyildiyi kimi, ata və analarının da qiymətini ona əlavə edərdilər. Uranın zənginləşdirilməsi İranın ehtiaycıdır, biz bunu edəcəyik və bundan santaj və zor tətbiq etmək üçün vasitə kimi istifadə etmələrinə icazə verməyəcəyik.”
Xəbər verdiyimiz kimi, Ali Rəhbər Ayətullah Xamenei Xobreqan Ekspertlər Şurası Məclisinin başçısı və üzvlərini qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-23-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap