header

 ABŞ-ın Blackwater şirkəti Liviyada iki dəfə hökuməti devirmək istəyib

 ABŞ-ın Blackwater şirkəti Liviyada iki dəfə hökuməti devirmək istəyib

ABŞ-ın “Blackwater” özəl hərbi şirkətin qurucusu, keçmiş donanma komandiri Erik Din Prins və Qərbin özəl təhlükəsizlik mütəxəssisləri tərəfindən şərqdəki qeyri-qanuni qüvvələrin lideri Xəlifə Həftərə hərbi və kəşfiyyat dəstəyi verərək, Liviyada qanuni hökuməti iki dəfə devirmək planı ortaya çıxıb.

Tashaio.com xəbər verir ki, Anadolu agentliyinin müxbirinin əldə etdiyi BMT Təhlükəsizlik Şurası Liviya Sanksiya Komitəsi mütəxəssislərinin yayımlanmamış gizli hesabatına görə, 2019-cu ilin iyun ayında Həftərə hücum helikopterləri, kəşfiyyat dəstəyi, kəşfiyyat təyyarələri və dənizdən dəstək vermək üçün son dərəcə yaxşı maliyyələşdirilmiş əməliyyat planlaşdırılıb.

 

Opus (Project Opus) adlanan əməliyyatda, əhəmiyyətli yüksək səviyyəli şəxslərin qaçırılması və öldürülməsi planları da var idi.

 

Əməliyyatın planlaşdırma mərhələsi, idarə edilməsi və maliyyələşdirilməsi üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən üç şirkət (Lancaster 6 DMCC, L-6 FZE, Opus Capital Asset Limited FZE) istifadə edilmişdir.

 

Bu üç şirkət avstraliyalı Kristian Paul Durrant, britaniyalı Amanda Keyt Perri və Cənubi afrikalı Stiven Con Lodj tərəfindən idarə olunur.

 

BMT mütəxəssisləri bu şirkətləri və onların rəhbərlərini, üç Qərb təhlükəsizlik mütəxəssisini, BMT Təhlükəsizlik Şurasının Liviyaya silah embarqosunu pozmaqda ittiham edib.

 

Həftərin dəstəklənməsi üçün istifadə ediləcək hərbi helikopterlərin İordaniyadan alınması planlaşdırılsa da, İordaniya rəsmiləri bu plandan xəbərdar olan kimi 18 iyun 2019-cu il tarixində helikopterlərin satışını təxirə salıblar.

 

Bundan sonra “Opus” əməliyyatı üçün Cənubi Afrika şirkətindən 3 hərbi helikopter, BƏƏ şirkətindən 3 helikopter, Bermuda şirkətindən “Antonov AN-26B” hərbi təyyarəsi, Bolqarıstan şirkətindən “LASA T-Bird” kəşfiyyat təyyarəsi ilə Avstriya şirkətindən “Pilatus PC-6 ISR” model kəşfiyyat təyyarəsi alınıb.

 

Əməliyyata hərbi təyyarələr və PUA-ların alındığı Bolqarıstan, Bermuda və Avstriyadakı şirkətlərə nəzarət edən keçmiş ABŞ donanma komandanı və iş adamı Erik Din Prins kömək edib.

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın təhsil naziri olan Betsi De Vosun qardaşı Erik Prins 14 aprel 2019-cu il tarixində Misirin paytaxtı Qahirədəki əməliyyat üçün Xəlifə Həftərə təklif verib.

 

Hesabatda, eyni zamanda İraqda dinc sakinlərin öldürülməsi qalmaqalı ilə tanınan və bir müddət sonra bağlanılan ABŞ-ın Blackwater təhlükəsizlik şirkətinin qurucusu olan Erik Prins, Liviyaya silah embarqosunu pozmaqda günahlandırılıb.

 

25-26 iyun 2019-cu il tarixlərində Amman, İordaniya və Maltadan Liviyaya hava və dəniz hərbi enişləri tərtib edilib və əməliyyatın kiber hissəsinin aparmaq üçün əvvəllər Benqazidə yerləşdirilən hərbi mütəxəssislər tərəfindən muzdlu qrup qarşılanıb.

 

Əməliyyatın hava və dəniz hissəsi, Həftərin təyyarələrdən narazı olması və komandanı təhdid etməsi ilə əməliyyata rəhbərlik edən cənubi afrikalı Stiven Con Lodjun 20- 29 iyun 2019-cu ildə 20 nəfərlik qrupunu Liviyadan Maltaya təxliyə olunması qərarı ilə ləğv edilib.

 

İkinci dəfə Opus əməliyyatından muzdlu əsgərlərdən formalaşan qruplar, 2020-ci ilin aprel və may aylarında əsas hədəfləri məhv etmək üçün Liviyaya göndərildi, bu dəfə BƏƏ-nin verdiyi hərbi texnikadan istifadə planlaşdırıldı. Bu əməliyyatda istifadə ediləcək təyyarə, Milli Razılaşma Hökümətinin hava müdafiə sistemlərinə qarşı müdafiəsiz olacağı üçün ləğv edildi.

ABŞ-ın “Blackwater” özəl hərbi şirkətin qurucusu, keçmiş donanma komandiri Erik Din Prins və Qərbin özəl təhlükəsizlik mütəxəssisləri tərəfindən şərqdəki qeyri-qanuni qüvvələrin lideri Xəlifə Həftərə hərbi və kəşfiyyat dəstəyi verərək, Liviyada qanuni hökuməti iki dəfə devirmək planı ortaya çıxıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-21-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap