header

 Yəmən ordusu və Ənsarullah Məaribdə kimlərə qarşı döyüşür?

 Yəmən ordusu və Ənsarullah Məaribdə kimlərə qarşı döyüşür?

Yəmən Milli Qurtuluş Hökümətinin baş naziri Əbdül Əziz bin Habtur Məarib döyüşünü ABŞ, Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri adından ən azı dörd qrupun Sənaya qarşı vuruşduğu döyüş adlandırıb.

Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, Əbdül Əziz bin Habtur bu gün (20 fevral) Məarib əyalətindəki hazırkı proseslərə cavab olaraq bunları deyib: “Məaribdə döyüşənlər İslah Partiyası (Müsəlman Qardaşların Yəmən qolu), Əl-Qaidə, İŞİD və sələfilərin, amerikalıların, səudiyyələrin və əmirliklərin (BƏƏ) pərdəsi altında bir araya gələn və ABŞ silahlarına sahib qüvvələrdir.

 

Məarib döyüşü şərəf və ləyaqət döyüşüdür. Yəmənin nəzarətində qalmasını istəyən qüvvələrlə həlledici döyüşdür. Məaribdə döyüşənlər yalnız muzdlulardır və Yəməndəki təcavüzkar koalisiyanın nəzarəti altında toplaşıblar. Təcavüzün əvvəlindən ölkədə muzdlularını bir əyalətdən digər vilayətə aparan koalisiyadır.

 

Məaribin həlledici döyüşündə ordunu və xalq komitələrini dəstəkləmək və pozğun partiyanın sadə insanlara sui-istifadə etməsinin qarşısını almaq və Yəmənə qarşı düşmən məqsədləri üçün onları qurban verməkdən hamımız məsuliyyət daşıyırıq. Yəmən ordusu və xalq komitələri Yəmənin müstəqilliyinin təməli olan döyüşdə ən ali dastanları yaradır”.

 

Bu arada, Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) istefa edən hökumət qüvvələri ilə şiddətli qarşıdurmalardan sonra, Məarib əyalətinin qərb hissəsindəki yeni bölgələrə nəzarəti ələ keçiriblər.

 

Fevralın 20-si bəzi mənbələr Əl-Məyadinə bildiriblər ki, Yəmən ordusu və Ənsarullah qüvvələri istefa vermiş Yəmən hökumətinin qüvvələri ilə şiddətli toqquşmalardan sonra Qərbi Məaribdəki Əl-Talaa Əl-Həmraa bölgəsini nəzarətə götürüblər.

 

Mənbələr daha sonra Əl-Talaa Əl-Həmraya əlavə olaraq bölgədəki mövqelərin də ordunun nəzarətinə keçdiyini bildiriblər.

 

Məarib vilayəti Yəmənin mərkəzində və Sanaa vilayətinin şərqində yerləşir və bu vilayətdə Yəmənin əsas neft və qaz yataqlarının yerləşdiyini nəzərə alsaq, işğalçı koaslisiya üçün əhəmiyyətini başa düşə bilərik.

 

Yəmən ordusu və Ənsarullah Məaribdə kimlərə qarşı döyüşür?


Yəmən ordusu və Ənsarullah Məaribdə kimlərə qarşı döyüşür?

Yəmən Milli Qurtuluş Hökümətinin baş naziri Əbdül Əziz bin Habtur Məarib döyüşünü ABŞ, Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri adından ən azı dörd qrupun Sənaya qarşı vuruşduğu döyüş adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-21-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap