header

 Bağdadın imam-cüməsi: “İraqın problemi ABŞ işğalının davam etməsidir”

 Bağdadın imam-cüməsi: “İraqın problemi ABŞ işğalının davam etməsidir”

Bağdadın imam-cüməsi Ayətullah Seyid Yasin Əl-Musəvi İraqın hələ də ABŞ qüvvələrinin işğalı altında olduğunu və ölkədəki qüvvələrini saxlamaqda israrlarını davam etdiklərini vurğulayıb.

Tashaio.com Tasnim-ə istinadən xəbər verir ki, Ayətullah Seyid Yasin Əl-Musavi şəhid komandir Seyid Dağər Əl-Musəvinin şəhadətinin ildönümü münasibətilə çıxış edərək bunları deyib: “Bugünkü problemimiz İraqın hələ də ABŞ qüvvələrinin işğalı altında olmasıdır, ABŞ bazaları hələ də İraqı doldurmağa davam edir, amerikalılar hələ də İraqdan çıxmamaq və qoşunlarını saxlamaqda israr edirlər.

 

İraq pulunun kimdə olduğunu heç başa düşürsünüz? ABŞ Xəzinədarlığının əlində, yəni İraq neft pulları ABŞ xəzinəsinə gedir, bəyəndikləri təqdirdə verirlər, bəyənmədikləri təqdirdə vermirlər. Tramp dedi ki, pulunuz bizdədir, İraqdan ayrılsaq, dinarınız sıfır olacaq”.

 

Bağdadın imam-cüməsi İraq milli valyutasının devalvasiyası məsələsinə də toxunaraq, belə deyib: “Bu yaşadığımız amerikalıların qara gerçəkliyidir, millətin öz çörəyini və dolanışıqlarını axtarmalarını istəyirlər ki, ölkələrinin müstəqilliyi və suverenliyi barədə düşünməsinlər”.

 

Ayətullah Seyid Yasin Əl-Musavi ABŞ-a səslənərək, belə deyib: “Bu millət Səddam və ABŞ-a qarşı vuruşdu, müqavimət göstərdi və biz hələ də silahlarımızı yerə qoymamışıq və millət İraqa nəzarəti bərpa etmək istəyindən əl çəkməyib”.

 

Bağdadın imam-cüməsi çıxışında deyib ki, İraqda bir siyasi xadim sistemi qurulmalıdır: "Millətə haqq verin və bizim suverenliyimizi bərpa edin, İraq İmam Mehdinin (ə) paytaxtıdır. Mədəniyyətimiz və qayğılarımız əsas böyük plan olmalıdır".

Bağdadın imam-cüməsi Ayətullah Seyid Yasin Əl-Musəvi İraqın hələ də ABŞ qüvvələrinin işğalı altında olduğunu və ölkədəki qüvvələrini saxlamaqda israrlarını davam etdiklərini vurğulayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-20-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap