header

 Nigeriyada yüzlərlə məktəbli silahlılar tərəfindən oğurlanıb

 Nigeriyada yüzlərlə məktəbli silahlılar tərəfindən oğurlanıb

Nigeriyanın qərbində Kagara bölgəsində yüzlərlə məktəbli silahlılar tərəfidən oğurlanıb.

SalamNews FransPress-ə istinadla xəbər verir ki, bu barədə Kagara şəhərində yerli mənbələri məlumat veriblər.
 
Bildirilib ki, ötən gecə Kağarada hökumət məktəblərindən birinə basqın edilib. Gözətçilər müqavimət göstərsə də silahlılar məktəbə daxil olaraq yüzlərlə məktəblini naməlum istiqamətə aparıblar.
 
Agentlik yerli təhlükəsizlik mənbələrinə istinadla bildirib ki, basqın zamanı bir uşaq həyatını itirib. Oğurlananlar arasında məktəbin müəllimləri və tərbiyəçiləri də var.
 
Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib. Nigeriyanın qərb nahiyəsi Boko-Haram terror təşkilatının fəal olduğu bölgədir
Nigeriyanın qərbində Kagara bölgəsində yüzlərlə məktəbli silahlılar tərəfidən oğurlanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-17-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap