Əl-Həşduş Şəbi İŞİD-in hücum planının qarşısını aldı
Əl-Həşduş Şəbi İŞİD-in hücum planının qarşısını aldı
Posted on : Digər sahələr 01/27/2021
İraqın Əl-Həşduş Şəbi qüvvələri İŞİD terrorçularının İraqın şərqində, İran sərhədinə yaxın Diyala vilayətinin şimal-şərqində neftlə zəngin olan Naftxaneh bölgəsinə hücum planının qarşısını alıb.
Tashaio.com xəbər verir ki, Sabreen News-un məlumatına görə, Əl-Həşduş Şəbinin 1-ci briqadasının qüvvələri İŞİD terror dəstələrinin Diyala vilayətindəki Naftxaneh bölgəsinə hücum planını darmadağın ediblər.
Son bir ildə Əl-Həşduş Şəbi qüvvələri İŞİD qalıqlarının İraq vilayətlərində, xüsusən də İraqın şərqindəki Diyala vilayətində hücumlarının dəf edilməsində mühüm və təsirli rol oynayıb.