Bəhreyn xalqı Şeyx Zuheyr Aşurun azadlığa buraxılması üçün nümayiş keçirdi
Bəhreyn xalqı Şeyx Zuheyr Aşurun azadlığa buraxılması üçün nümayiş keçirdi
Posted on : Digər sahələr 01/23/2021
Bəhreyn xalqı dünən (22 yanvar) ölkədə siyasi məhbusların azadlığa buraxılması tələbi ilə nümayiş keçirib.
Tashaio.com xəbər verir ki, Bəhreyndə ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyəti də Tvitter səhifəsində nümayişin şəkillərini paylaşıb.
Nümayişçilər bütün siyasi və vicdan məhbuslarının dərhal azad edilməsini tələb ediblər və Əhli-Beyt (ə) davamçılarından olan həbs edilmiş alim Şeyx Zuheyr Aşur ilə həmrəylikdə olduqlarını vurğulayıblar.
“Zillət bizdən uzaqdır” şüarını səsləndirən nümayişçilər, həmçinin Fələstin iddiasına sədaqətlərini vurğulayıblar və sionistlərin Bəhreyndə təhlükəsiz olmayacaqları barədə xəbərdarlıq ediblər.