Yəmən xalqı Ənsarullah təşkilatını dəstəkləmək üçün nümayiş keçirib
Yəmən xalqı Ənsarullah təşkilatını dəstəkləmək üçün nümayiş keçirib
Posted on : Digər sahələr 01/20/2021
Yəmən xalqı dəstək nümayiş etdirərək ABŞ-ın Sanadakı səfirliyi qarşısında toplaşdı və bu ölkənin hökumətini Ənsarullahı terror təşkilatı adlandırdığı üçün qınadı. Nümayişçilər ABŞ-ı Yəmən xalqına qarşı törədilən qətliamda Səudiyyə rejiminin təcavüzkar koalisiyasının əsas dəstəkçisi adlandırdılar, "ABŞ-a ölüm, İsrail rejiminə ölüm" şüarları səsləndirdilər.
"Tashaio.com"ın parstoday-a istinadən verdiyi xəbərə görə, yanvarın 10-da ABŞ Dövlət Departamenti Ənsarullah hərəkatını terror hərəkatı adlandırmaqla, liderlərinə qarşı sanksiya tətbiq etmək qərarını açıqladı. ABŞ-ın bu hərəkəti Yəmən rəsmiləri, qrupları və partiyaları tərəfindən kəskin qınandı.