header

 İraqın Curf Əs-Saxr bölgəsinə hava hücumunu ABŞ boynundan atdı

 İraqın Curf Əs-Saxr bölgəsinə hava hücumunu ABŞ boynundan atdı

Bəzi xəbər mənbələri bu gün (19 yanvar) səhər ABŞ-ın qırıcı təyyarələrinin İraq daxilindəki mövqelərə hücum etdiyini iddia edib, lakin Pentaqon rəsmisi bir neçə saat sonra ABŞ-ın bu hücumları etdiyini təkzib edib.

Tashaio.com xəbər verir ki, Əl-Məyadin televiziyasının müxbiri əvvəlcə Babil vilayətinin Curf Əl-Saxr bölgəsində bir neçə partlayışın eşidildiyini bildirib.

 

Əl-Məyadin partlayışların hava hücumundan qaynaqlandığını və hədəfə alınan bölgənin İraq Silahlı Qüvvələrinin qərargahı olduğunu bildirib.

 

Əl-Cəzirənin müxbiri bir müddət sonra ABŞ-ın Curf Əl-Saxr bölgəsindəki mövqeləri bombaladığını iddia edib.

 

Əl-Məyadin, müxbirinə istinadən, ABŞ təyyarələrinin İraq-Suriya sərhədindəki Əl-Qaim bölgəsində uçduğunu söyləyib.

 

İlkin məlumatlara görə, Curf Əl-Saxra hücumun ABŞ-ın F-16 qırıcıları tərəfindən həyata keçirildiyi iddia edilib. Yerli mənbələr bölgədə ən az dörd partlayışın baş verdiyini bildirirlər.

 

Bununla yanaşı yüksək səviyyəli Pentaqon rəsmisi Fox News kanalına verdiyi müsahibədə ABŞ qırıcı təyyarələrinin Curf Əl-Saxra hücum etməsi barədə xəbərləri təkzib edərək, belə deyib: “ABŞ bu gecə Bağdad yaxınlığında heç bir hücum həyata keçirməyib”.

 

Xəbər mənbələri iddia edilən hücumla bağlı daha ətraflı məlumat verməyib. Əlavə xəbərlər daha sonra açıqlanacaq.

Bəzi xəbər mənbələri bu gün (19 yanvar) səhər ABŞ-ın qırıcı təyyarələrinin İraq daxilindəki mövqelərə hücum etdiyini iddia edib, lakin Pentaqon rəsmisi bir neçə saat sonra ABŞ-ın bu hücumları etdiyini təkzib edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-19-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap