header

 Səudiyyə rejiminin cinayətləri: “Yəməndə yoxsulluq 80%-ə qalxıb, 42.000 xəstə həyatını itirib”

 Səudiyyə rejiminin cinayətləri: “Yəməndə yoxsulluq 80%-ə qalxıb, 42.000 xəstə həyatını itirib”

Yəmənin paytaxtı Sənadakı İnsan Hüquqları Komitəsi Səudiyyə rejimi-BƏƏ təcavüzkar koalisiyasının Yəməndəki cinayətləri barədə hesabat hazırlayıb və Yəmən xalqının 60%-dən çoxunun aclıqdan əziyyət çəkdiyini vurğulayıb.

Tashaio.com xəbər verir ki, Al-Ahd şəbəkəsi hesabata istinad edərək, hücumların sosial yardım mərkəzlərini də hədəfə alaraq, hərəkət edə bilməyən çoxlu sayda əlilin ölümünə səbəb olduğunu bildirib.

 

Komitə hesab edir ki, Səudiyyə rejimi-BƏƏ koalisiyasının hücumlarından sonra, Səna hava limanının bağlanması səbəbindən xaricdəki yəmənlilərin təxminən 30%-i ölkəyə geri qayıda bilməyib.

 

Hesabatda bildirilir ki, Yəmən xalqına tətbiq olunan blokadadan sonra bu ölkədə yoxsulluq səviyyəsi 80%-ə, işsizlik isə 65%-ə yüksəlib və Yəmən xalqının 60%-dən çoxu aclıqdan əziyyət çəkir. Yəmən Mərkəzi Bankının köçürülməsi səbəbindən bir milyon 250 min işçinin maaşları kəsilib və bu da onların yaşayış şəraitinin çətin vəziyyətə düşməsinə səbəb olub.

 

Təcavüzkar koalisiyanın hücumlarında 13.324 əkin sahəsi bombalandı, 869-dan çox qida anbarı, 768 yük maşını və vaqon məhv edildi, 671 bazar dağıdıldı və 10.998 supermarket məhv edildi.

 

Koalisiya, həmçinin 1868 su təchizatı şəbəkəsini, 1338 su nasosunu və suvarma sistemini məhv etdi, 100-dən çox balıq təsərrüfatını məhv etdi və 500 balıqçını öldürdü.

 

Hesabatda hücumların bir milyondan çox yəmənlini evlərindən didərgin saldığı, 679 nəfərin öldüyü və 92 təcili yardım maşınının məhv edildiyi və 75 mindən çox yəmənli xəstənin müalicə üçün xaricə gedə bilmədiyi vurğulanıb.

 

 

Məlumata görə, Səna hava limanının bağlanması səbəbindən 42 mindən çox xəstə həyatını itirib. Bu hücumlar nəticəsində 3553 məktəb, 42 universitet və 65 təhsil müəssisəi məhv edilib.

 

Yəmənin paytaxtı Sənadakı İnsan Hüquqları Komitəsi Səudiyyə rejimi-BƏƏ təcavüzkar koalisiyasının Yəməndəki cinayətləri barədə hesabat hazırlayıb və Yəmən xalqının 60%-dən çoxunun aclıqdan əziyyət çəkdiyini vurğulayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-12-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap