Əl-Həşduş Şəbi: “Komandirlərimiz ABŞ-ı qorxudur”
Əl-Həşduş Şəbi: “Komandirlərimiz ABŞ-ı qorxudur”
Posted on : Digər sahələr 01/10/2021
İraqın Əl-Həşduş Şəbi təşkilatının Mətbuat Ofisi təşkilatın rəhbəri Falih Əl-Fəyyazın adının ABŞ tərəfindən sanksiya siyahısına salınmasına Tvitter üzərindən reaksiya verib.
Tashaio.com xəbər verir ki, Əl-Həşduş Şəbi təşkilatı “Komandirlərimiz ABŞ-ı qorxudur” heşteqi ilə paylaşdığı tvitində, belə qeyd edib: “ABŞ hökumətinin düşmən olaraq təyin etdiyi hörmətli insanlara qoşulan şəhidlərin dostu Əl-Həşduş Şəbinin lideri müəllimimiz Falih Əl-Fəyyazı təbrik edirik”.
ABŞ-ın dövlət katibi Mayk Pompeo İraqdakı Əl-Həşduş Şəbi təşkilatının rəhbəri və keçmiş baş naziri Nuri Əl-Malikinin milli təhlükəsizlik müşaviri Falih Əl-Fəyyazı sanksiya siyahısına saldıqlarını bildirib.