header

 Ayətullah Xamenei başsağlığı verib

 Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Iranın müdafiə və nüvə texnologiyası üzrə alimi Möhsin Fəxrizadənin terror nəticəsində şəhadəti münasibətilə başsağlığı verib.

Tashaio.com “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
 "Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Ölkənin müdafiə və nüvə texnologiyası üzrə qabaqcıl alimlərindən olan cənab Möhsin Fəxrizadə cinayətkar muzdlular tərəfindən şəhid edilib.  Nadir elmi şəxsiyyətlərdən olan M.Fəxrizadə, öz qiymətli həyatını  böyük və davamlı elmi səyləri naminə Allah yolunda qurban vermişdir. Yüksək şəhidlik məqamı onun ilahi mükafatıdır. İki önəmli məsələni  məsul şəxslər ciddi yerinə yetirməlidir. Birincisi bu cinayəti araşdırmaq və cinayəti törədənlər və göstəriş verənlərin cəzalandırılması.  İkincisi bu şəhidin çalışdığı bütün sahələrdə  texniki və elmi səyləri davam etdirilməsi.   Mən şəhidin ailəsinə,  ölkənin elm adamalarına və müxtəlif sahələrdə olan şagirdlərinə və həmkarlarına onun şəhadətini təbrik və onun yoxluğu münasibətilə başsağlığı verirəm.  Uca Yaradandan o mərhum üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Iranın müdafiə və nüvə texnologiyası üzrə alimi Möhsin Fəxrizadənin terror nəticəsində şəhadəti münasibətilə başsağlığı verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-28-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap