header

 Aİ ABŞ-da edam cəzasının bərpasından narahatdır

 Aİ ABŞ-da edam cəzasının bərpasından narahatdır

Avropa İttifaqı (Aİ) noyabrın 19-da, prezident seçkilərindən sonra hakimiyyət dəyişikliyi dövründə ilk dəfə ABŞ-da edam cəzasının icra edilməsindən ciddi narahat olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, Aİ Xarici Siyasət Xidmətinin yaydığı bəyanatda bildirilir ki, 17 ildən sonra ölüm cəzasına məhkum edilmiş 8 məhbus edam edilib, 6 nəfər isə dekabr və gələn ilin yanvarında edam ediləcək.

 

Aİ ABŞ administrasiyasını qərarını ləğv etməyə, federal səviyyədə bütün edamları dayandırmağa çağırıb. Bəyanatda qeyd edilir ki, ABŞ-da federal səviyyədə böyük sayda edamın icra olunması ABŞ-ın ayrı-ayrı ştatlarında və dünyada edamların kəskin azalması fonunda baş verir.

 

Qeyd edək ki, ABŞ-da federal səviyyədə sonuncu dəfə 2003-cü ildə 3 məhbus edam olunub.

Avropa İttifaqı (Aİ) noyabrın 19-da, prezident seçkilərindən sonra hakimiyyət dəyişikliyi dövründə ilk dəfə ABŞ-da edam cəzasının icra edilməsindən ciddi narahat olduğunu bəyan edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-22-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap