header

 Türkiyədə 101 nəfər barəsində həbs qərarı çıxarılıb

 Türkiyədə 101 nəfər barəsində həbs qərarı çıxarılıb

Türkiyə hakimiyyəti terrorçuluq ittihamları ilə cinayət işi üzlə 101 nəfər barəsində həbs orderi çıxarıb. Bu şəxslər sırasında hüquqşünaslar və həkimlər də var. Məlumatı “Reuters” təhlükəsizlik orqanındakı mənbəyə və “Anadolu” dövlət agentliyinə istinadla yayıb.

Diyarbəkir cənub-şərq vilayətindən başlanan əməliyyat çərçivəsində dörd şəhərdə, ümumilikdə 106 ünvanda şübhəlilər axtarılıb. Mənbə 74 şübhəlinin saxlandığını bildirir.
 
Şübhəlilərin Demokratik Cəmiyyət Konqresinə bağlı olduğu deyilir. Mənbə və “Anadolu”nun məlumatına görə, bu qurum qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) qanunvericilik qanadıdır.
 
Ədliyyə islahatları və həbslər
 
“Anadolu” şübhəlilərin ünvanlarında silahların, sənədlərin, rəqəmsal materialın aşkarlandığını bildirir.
 
“Amnesty International” insan haqları təşkilatının Türkiyə təmsilçisi Milena Buyum deyib ki, bu həbslər Prezident Recep Tayyip Erdoğanın qeyd etdiyi ədliyyə islahatları söhbətinə ziddir.
 
Noyabrın 19-da Erdoğanın yaxın müttəfiqi və baş nazirin keçmiş müavini Bulent Arınc ədliyyə sistemində islahatların vacibliyindən danışıb.
 
Türkiyə, ABŞ və Avropa Birliyinin terrorçu qrup saydığı PKK 1984-cü ildən ölkənin cənub-şərqində separatçı müharibə aparır. Atəşkəs razılaşması isə 2015-ci ildə iflas edib.
 
Ankara prokurorluğu sentyabrda 60 nəfərin saxlanması barədə order çıxarmışdı. Onların içində 48 hüquqşünas, hüquq sektorunda digərləri vardı, ABŞ-da yaşayan müsəlman vaiz Fətulla Gülənin şəbəkəsi üçün çalışmaqda şübhəli bilinirdilər. O zaman bu həbslər Türkiyə və beynəlxalq hüquq müdafiə qruplarının tənqidinə səbəb olmuşdu.
 
Kürdpərəst Xalq Demokratik Partiyası (HDP) da PKK ilə bağlılıqda ittiham olunur. HDP parlamentdə təmsil olunan ikinci böyük müxalifət partiyasıdır.
Türkiyə hakimiyyəti terrorçuluq ittihamları ilə cinayət işi üzlə 101 nəfər barəsində həbs orderi çıxarıb. Bu şəxslər sırasında hüquqşünaslar və həkimlər də var. Məlumatı “Reuters” təhlükəsizlik orqanındakı mənbəyə və “Anadolu” dövlət agentliyinə istinadla yayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-21-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap