header

 Şeyx Zəkzaki və xanımının məhkəməsi 25-26 yanvara təxirə salındı

 Şeyx Zəkzaki və xanımının məhkəməsi 25-26 yanvara təxirə salındı

Nigeriyadakı İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin və xanımı Malama Zinətin məhkəməsi noyabrın 18-i Kaduna Dövlət Ali Məhkəməsində baş tutub.

Tashaio.com "deyerler.org"a istinadla xəbər verir ki, Kaduna ştatının adminstrasiyası Şeyx İbrahim Zəkzaki və həyat yoldaşını adam öldürmə, qanunsuz toplaşma və ictimai asayişin pozulması daxil olmaqla 8 cinayət üzrə ittiham edir.
 
29 sentyabrda İMN lideri və xanımı onlara ittihamlar oxunduqda günahsız olduqlarını bildirdilər.
 
Kaduna Dövlət Ali Məhkəməsinin hakimi Gideon Kurada qarşısında gizli ifadə verən iki ordu zabitini təqdim edib.
 
Müdafiə tərəfinin vəkillərindən Femi Falana şahid ifadələri gizli verildiyi üçün məhkəmənin davam etməsi üçün işin 19 noyabr tarixinə təxirə salındığını söyləyib: “İki şahid çağırıldı və məhkəmə sabah davam edəcək. Zabitlər sorğu-suala tutuldu və 12-14 dekabr 2015-ci tarixlərində davam edən əməliyyatın və əməliyyatdakı ordunun rolunun dəlillərini təqdim etdilər”.
 
İddia tərəfinə rəhbərlik edən cənab Dari Bayero jurnalistlərə açıqlama verməkdən çəkinib.
 
Noyabrın 19-u keçililən məhkəmədə prokurorluqdan şahidlərin ifadələrinin alınmasının davam etdirilməsi 2021-ci ilin 25-26 yanvar tarixinə təxirə salındığı bildirilib.
Nigeriyadakı İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin və xanımı Malama Zinətin məhkəməsi noyabrın 18-i Kaduna Dövlət Ali Məhkəməsində baş tutub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-21-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap