header

 AİP liderinin 49 yaşı oldu

Hazırda 11 saylı cəzaçəkmə müəssisəndə məhbus həyatı yaşayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun sabah ad günüdür

Onun həyat yaradıcılığı və keçdiyi siyasi yolu barədə danışan ailə üzvləri bildirirlər ki, Dr.Səmədov Azərbaycan Tibb Universitetinin “Müalicə proflaktika” fakultəsini bitirib və uzun müddət Quba rayonunda ixtisası üzrə işləyib. 
 
Xalq hərəkat başlayandan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəal üzvlərindən olub, siyasi fəaliyyətə də buradan başlayıb. İslam Partiyasının sıralarına isə 20 yanvar hadisələrindən sonra qatılıb. Bundan sonra 6 il dini təhsil alıb. Partiyanın 2007-ci ildə keçirilən Qurultayında sədr seçilib.
 
Ailə üzvləri deyirlər ki, Səmədov maddi cəhətdən imkanlı ailədən çıxıb. Bütün bunlara baxmayaraq, özünə dinc həyat tərzi yox, ictimai və siyasi vəziyyətdən çox, coşqun həyat tərzi seçib. Öz xalqının siyasi və ictimai mövqeyi, çətinlikləri M.Səmədovu yaxından maraqlandırıb, xalqın asayişini, rifahını öz dincliyindən, öz rahatçılığından daha üstün tutub.
 
Onu tanıyanlar bildirirlər ki, insanlarla ünsiyyətdə çox mehriban və ədəblidir. Həmişə çalışır özünü sakit, təmkinli və vüqarlı aparsın.
 
Məhz bu xüsusiyyətlərinə görədir ki, Azərbaycanda onu tanıyan hər bir şəxs barəsində hörmətlə danışır, onun həbsdə qalmasına təəssüf edirlər. Bu təəssüfdən yaranan narahatçılığa görə, Azərbaycan Ziyalılar Birliyi və bir qrup dindar Mövsüm Səmədov başda olmaqla bütün dindarların tezliklə azadlığa buraxılmasını hökumətdən istəyiblər./Faktxeber.com

Hazırda 11 saylı cəzaçəkmə müəssisəndə məhbus həyatı yaşayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun sabah ad günüdür
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap