header

 Karantindən istifadə edib Quranı əzbərlədi

 Karantindən istifadə edib Quranı əzbərlədi

Fələstinin işğal edilmiş ərazilərində yaşayan 15 yaşlı qız Təqva Zahir koronavirusa görə tətbiq edilmiş altı aylıq sərt karantin dövrünü dəyərləndirib Qurani-Kərimi əzbərləyib.

Tashaio.com İQNA-a istinadla xəbər verir ki, T. Zahir sionist yəhudilərin işğalında olan Qüds şəhərinin qərb sahilində yerləşən Nablus şəhərində yaşayır.

 
Fələstinli qızın Quran əzbərləməsindəki rekord uğuru sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla və alqışla qarşılanıb. Fələstinin bir çox xəbər saytları bu məsələni işıqlandırıb, Təqva Zahir və ailəsinə təbriklər ünvanlayıblar.
 
Qeyd edək ki, işğal edilmiş Fələstin torpaqlarında minlərlə Quran hafizi var. Onların çoxu Quranı uşaqlıqlarında əzbərləyirlər. Bunun üçün məscidlərdə və xeyriyyə mərkəzlərində Quran hifzi kursları da açılıb. Hazırda isə koronavirus səbəbi ilə əyani dərslər tətil edildiyi üçün dini və Qurani proqramların çoxu virtual və onlayn təşkil edilir.
 
Fələstinli uşaqlar və yeniyetmələr Quranı hifz etməkdə dünya üzrə məşhur və birincidirlər. Onlar adi vəziyyətdə Quranı 2 il və ya daha çox müddətdə əzbərləyirdilərsə, bu il koronavirusa görə tətbiq edilmiş sərt karantindən və evdən çıxmamaq rejimindən istifadə edərək Quranı daha az zamanda əzbərləyə biliblər.   
Fələstinin işğal edilmiş ərazilərində yaşayan 15 yaşlı qız Təqva Zahir koronavirusa görə tətbiq edilmiş altı aylıq sərt karantin dövrünü dəyərləndirib Qurani-Kərimi əzbərləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-27-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap