header

 “Al-Rai” qəzeti: “İŞİD-in mövcudluğu ABŞ-ın maraqlarına uyğundur”

“İŞİD-in Böyük Britaniya, Belçika və Livan boyda ərazisi var”

Ictimi rəy anlamı verən Kuveytin “Al-Rai” qəzeti İraq və Şam İslam Dövlətinin (İŞİD) hazırkı durumundan yazır. Qəzet bildirir ki, Tabkada hərbi hava limanının İŞİD tərəfindən işğalı onların potensialından xəbər verir.

Bu potensialın əks-sədası Suriya və İraqla məhdudlaşmayacaq. Bu ölkələrin sərhədlərindən çox-çox uzaqda da İŞİD öz varlığını göstərəcək. Hazırda isə Suriyanın və İraqın şimal tərəfləri İŞİD-ın nəzarəti altındadır. Bu ərazilərsə, Böyük Britaniya, Belçika və Livanın birgə ərazisindən çoxdur.

Aydın görünür ki, İŞİD-ın növbəti hədəfi Suriyanın Kvers hərbi hava limanı olacaq. Ancaq oranı ələ keçirmək İŞİD üçün o qədər də asan olmayacaq.

Ancaq Suriya ordusunun bu hava limanını əldən verib, “əvvəlcədən hazırlanmış mövqelərə geri çəkilməsi” Bəşər Əsəd tərəfdarları arasında psixoloji düşkünlük yarada bilər. Eyni zamanda bu amil İraq ordusuna da məğlubiyyət sindromu yaşada bilər.

Müşahidələr göstərir ki, əldə etdiyi hər qələbədən sonra İŞİD-ın sıraları könüllülərin hesabına sürətlə çoxalır.

Müşahidəçilər bildirirlər ki, müsəlman ölkələrində siniflər arasındakı kəskin şəkildə fərqli yaşam standartlarının mövcud olması on minlərlə mühacirlərin İŞİD-ə qoşulmasına təkan verir. Digər müsəlman ölkələrindən gələnlər də bu bayrağın altında dayanmağa can atırlar.

Hazırda Qərbdən gələnlərin sayı 20 mindən artıqdır. Suriyada isə İŞİD-ə bağlı 25 min nəfərlik yerli qüvvə var.

İraqda isə onların sayı daha çoxdur -30 min nəfər... Bu sıraya Tunisdən, Misirdən və.s ərəb ölkələrindən gələnləri də əlavə etmək lazımdır. Hazırda “İŞİD-ın 100 mindən artıq üzvü var” demək düzgün olmaz. Çünki onların sayı elə sürətlə artır ki, bu göstərici də sürətlə dəyişir.

“Al-Rai” qəzeti bildirir ki, proseslər sürətlə gedir. Mosul su anbarı ilə bağlı son məlumatda bildirilir ki, İŞİD oranı yenidən geri alıb. Döyüşlərdə 200-dən artıq pəşmərgə öldürülüb. Amerikanın hava zərbələri isə daha çox “Ərbili qoruyaq” şüarı altında həyata keçirilir. Amerika artıq başa düşür və qəbul edir ki, xilafəti məhv etmək mümkün olmayacaq. Onlarla gələcəkdə münasibət yaratmaq lazım gələcək.

İŞİD çalışır ki, NATO üzvü olan Türkiyə ilə sərhədləri açıq saxlasın. Və oradan tələb olunan malları əldə edə bilsin.

Kuveyt qəzeti yazır ki, İsrail Qərbin yardımına baxmayaraq, Livanın şiə təşkilatı olan “Hizbullah”ı məhv edə bilmədi. “Hizbullah” da Suriya müharibəsində Bəşər Əsədin tərəfindən döyüşlərə qatıldı.

Ancaq unutmaq lazım deyil ki, İŞİD “Hizbullah” üçün ən qorxulu kabus kimi bir şeydir. İŞİD həmçinin İran və Rusiyanın Yaxın Şərqdəki mövqelərinin məhvi deməkdir. Belədirsə, onda nədən Amerika “Hizbullah”, İran və Rusiyaya bu kabusdan qurtarmaq şansı verməlidir?
“İŞİD-in Böyük Britaniya, Belçika və Livan boyda ərazisi var”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap