header

 Hindistanda əlyazma Quranın ən uzun nüsxəsi təqdim olundu

 Hindistanda əlyazma Quranın ən uzun nüsxəsi təqdim olundu

Hindistanda 3.1 km uzunluğunda parça üzərində Quran əlyazmasının ən uzun nüsxəsi təqdim edilib.

Tashaio.com "deyerler.org"a istinadla xəbər verir ki, Nuşad adlı hindistanlı dərzi və dörd övladı əl ilə 3,1 km uzunluğundakı Quran nüsxəsini parça üzərində hazırlayıblar. Bu Quran dünyada ən uzun kitab hesab olunur.  

 
“New İndian Express”in xəbərinə əsasən, Quran müəllimi olan Nuşad Quranı bir neçə il parça üzərində yazmağı xəyal etsə də, buna vaxtı olmayıb. Ancaq KOVİD-19 epidemiyasına görə, karantin dövründə bu işi həyata keçirməyə qərar verib.  
 
Hindistanlı dərzi belə deyir: “Quran ayələrinin mətnini 10 yaşıl qələm və 40 mürəkkəb şüşə ilə yığılmış parça rulonlara yazdıq. Layihənin hamısı 20.000 rupiyə başa gəldi”.  
 
Xəbərdə hindistanlı dərzinin uşaqlarının Quran və ərəb dilində təhsil aldıqları və indi hamısının müxtəlif müəssisələrdə dərs dedikləri bildirilib.  
Hindistanda 3.1 km uzunluğunda parça üzərində Quran əlyazmasının ən uzun nüsxəsi təqdim edilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-29-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap