header

 Əli Əkbər Vilayəti: BƏƏ və Bəhreyn Sionist rejimlə barışdığı üçün peşman olacaq

 Əli Əkbər Vilayəti: BƏƏ və Bəhreyn Sionist rejimlə barışdığı üçün peşman olacaq

Ali Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri və Ümumdünya İslami Oyanış Assambleyasının baş katibi Əli Əkbər Vilayəti ABŞ-ın göstərişi ilə bölgədəki iki ərəb ölkəsinin Sionist rejimi tanıma istiqamətindəki səhv və təhlükəli hərəkətindən sonra bu iki ölkəyə qarşı İslam dünyasında müxalifət dalğasının yüksəldiyini bildirib.

Tashaio.com "Deyerler.org"a istinadən xəbər verir ki, Əli Əkbər Vilayəti mətbuata verdiyi açıqlamasında belə deyib: “Şübhəsiz ki, bəzi irticavi ərəb ölkələrinin sionist rejim və ABŞ ilə son hərəkətləri müvəffəq olmayacaq və onlar peşman olacaqlar.

 
Bölgədəki bəzi mürtəce ölkələr keçmişdə də İsrail rejimi ilə gizli əlaqələr qurdu, lakin bu gün bu əlaqələr Qərbi Asiyadakı müqavimətin qalibiyyətləri səbəbindən üzə çıxdı.
 
İslam dünyasının düşmənləri bilməlidirlər ki, bölgədəki mürtəce ölkələr qərarlarından çəkinsələr də, çəkinməsələr də Sionist rejimin dünya xalqları arasında yeri olmayacaq.
 
İstənilən bir ölkə Sionist rejimi tanıyırsa, bu İslam dünyasındakı müsəlmanların mənafelərinə etinasızlıq deməkdir.
 
ABŞ və seçkilərdə qalib gəlmək istəyən Tramp xarici siyasət üzərində diqqət artırıb və bəzi ölkələrin Sionist rejimlə münasibətlərini normallaşdırmaq üçün son hərəkətləri onun üçün bir fürsət olaraq görünür.
 
Bəhreyn rejimi və BƏƏ-nin İslam dünyasının maraqlarını nəzərə almadıqlarını bildirən Vilayəti, İranın günahsız Fələstin xalqını müdafiə edəcəyini bildirib”.
 
Əli Əkbər Vilayəti verdiyi bəyanatında isə bunları demişdi: “İslam düşmənləri və münafiqlər bir daha üzlərindən maskanı çıxardılar və bütün dünyaya xəyanətlərini hayqırdılar.
 
Sionist lobbisinə xidmət etmək və ABŞ-dakı prezident seçkiləri öncəsi onların səslərini qazanmaq və İsrail rejiminin baş nazirini xilas etmək üçün son illərdə, xüsusən Qərbi Asiyada beynəlxalq səviyyədə davamlı məğlubiyyətlər yaşayan ABŞ strateqlərinin bölgədəki zalım hökmdarlarla münasibətləri normallaşdırmaqdan başqa bir məqsədi yoxdur.
 
Ali Xəlifə rejiminin rüsvayedici hərəkəti və Əsrin müqaviləsini reallaşdırmaq və Fələstin iddiasına xəyanət etmək israrı, minlərlə günahsız müsəlmanı öldürən böyük şeytanın ABŞ-ın boş vədlərinə inanan Bəhreyn rəhbərləri ilə yanaşı, BƏƏ-nin düşüncəsizliyini nümayiş etdirir.
 
Bu biabırçı hərəkətin planetdəki bəzi mürtəce hökmdarların ikiüzlülüyünü, oyuncaq dövlətlərinin əsl niyyətlərini, müsəlman millətlərin sayıqlığını və İslami cərəyanların birliyini və bütövlüyünü göstərəcəyi aydındır”.
Ali Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri və Ümumdünya İslami Oyanış Assambleyasının baş katibi Əli Əkbər Vilayəti ABŞ-ın göstərişi ilə bölgədəki iki ərəb ölkəsinin Sionist rejimi tanıma istiqamətindəki səhv və təhlükəli hərəkətindən sonra bu iki ölkəyə qarşı İslam dünyasında müxalifət dalğasının yüksəldiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-15-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap