header

 Hizbullah: “ABŞ-ın sanksiyaları heç nəyi dəyişmir”

 Hizbullah: “ABŞ-ın sanksiyaları heç nəyi dəyişmir”

Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım ABŞ-ın sanksiyaları tətbiq edərək Livanı siyasətini dəyişdirməyə məcbur etmək niyyətində olduğunu, lakin Livan xalqının ABŞ-ın tələbini qəbul etmədiyini söyləyib.

Tashaio.com Əl-Mənara istinadən xəbər verir ki, Şeyx Nəim Qasım RT-yə verdiyi müsahibəsində, ABŞ-ın Livana qarşı tətbiq etdiyi sanksiyalardan bəhs edərək, ABŞ-ın bu addımını Livana qarşı “birbaşa təcavüz” olaraq xarakterizə edib.

 

ABŞ-ın Livandakı Hizbullahla əlaqəsi olması bəhanəsi ilə livanlı fərd və təşkilatlara qarşı tətbiq etdiyi sanksiyalar, xüsusən də keçən həftə bir neçə Livan nazirinə qarşı tətbiq olunan sanksiyalar barədə verilən suala Şeyx Nəim Qasım belə cavab verib: “Sanksiyalar, torpaqlarının azadlığını istəyən Livan xalqı üçün tənliyi dəyişdirməyəcək və ABŞ-ın Livana tətbiq etdiyi siyasətini əsla qəbul etməyəcək. ABŞ sanksiyaları əslində heç nəyi dəyişmir və ehtimal ki, müqavimət müttəfiqlərinin müqavimətini artıracaq.

 

ABŞ muzdlularını istismar edə bilmədikdə, İsrail rejiminin Livana hücumlarından əsəbiləşdikdə və ya Livana qarşı İŞİD-in istifadəsi ilə müvəffəq olmadıqda, sanksiyalara üz tutdu, amma bilməlidirlər ki, Livandakı bir təşkilat və kiməsə qarşı sanksiyalar Livan xalqının siyasətini heç vaxt dəyişdirməyəcək”.

 

Hizbullah rəsmisi daha sonra ABŞ sanksiyalarının digər məqsədinin Livanı təzyiq altında saxlamaq olduğunu söyləyərək, belə deyib: “Amerikalılar Fransa planına razı olduqda Livanın tamamilə dağılmamasını istədilər, amma Fransa planı tamamilə bir siyasi prosesə aparsaydı, ABŞ bununla razılaşmazdı və Fransa planının Amerikanın təzyiqləri nəticəsində iflasa uğraması mümkündür”.

 

Şeyx Nəim Qasım ABŞ-ın Əməl və Əl-Mərda hərəkatı nazirlərinə qarşı tətbiq etdiyi sanksiyaların yaxınlıqda hökumətin qurulmasına təsirləri ilə əlaqədar verilən suala cavabında isə belə cavab verib: “Sanksiyalar yeni bir məsələ deyil və hökumətin qurulmasının ümumiyyətlə sanksiyalarla əlaqəsi azdır və Hizbullah müttəfiqləri əvvəlki hökumətlərdə sanksiyaya məruz qalmışdı”.

 

Hizbullah rəsmisi hökumətin qurulması ilə əlaqədar olaraq Hizbullahın daha çox siyasi qrupun üzv olduğu bir hökumətin tərəfdarı olduğunu bildirərək, belə deyib: “Növbəti hökumətin əvvəllər texnokratik bir hökumət qurma təcrübəsində olduğu kimi müstəqil insanlar arasından qurulmasını qəbul etmir, lakin hökumətin siyasi dəstəyə ehtiyacı var”.

 

Şeyx Nəim Qasım BƏƏ hökumətinin Sionist rejimlə münasibətlərinin normallaşması barədə isə bunları deyib: “Fars körfəzi sahili ölkələri ABŞ və İsrail rejiminə xidmət edərək taxtlarını qorumağa çalışırlar. Ancaq qısa müddətdə kənarda olduqlarını və heç vaxt təsirli olmadıqlarını başa düşəcəklər”.

 

Normallaşmanın nəhayət bu ölkələrin əleyhinə olacağını və Fələstin məsələsinə zərər verməyəcəyini və Fələstin xalqının kimin yanında və kimin əleyhinə olduğunu getdikcə daha da aydınlaşacağını bildirib.

 

Onun sözlərinə görə, Fars körfəzindəki ərəb ölkələrinin ABŞ-ın bölgədəki müharibələrini və planlarını maddi dəstəkləməkdən başqa heç bir tənlikdə rolu yoxdur.

 

Şeyx Nəim Qasım sözlərinin sonunda Hizbullahın Suriyadan çıxması məsələsinə də toxunaraq, belə deyib: “Hizbullah üç il əvvəl 2017-ci ilin sonlarından bəri qüvvələrini tədricən Suriyadan çıxardı. Çünki onların bəzi bölgələrdə olmasına ehtiyac yox idi və digər bölgələr də azad edilmişdi.

 

Münaqişə və müharibə məsələsindən savayı Suriyada Hizbullah qüvvələrinin varlığına ehtiyac yoxdur və Hizbullahın özü də Suriyada hərbi varlığa ehtiyacını görmür. İndinin özündə də Hizbullahın iştirak etməli olan bölgələr xaricində qalan qüvvələr geri çəkilib və hazır olmaları lazım olduqda yenidən göndəriləcək”.

Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım ABŞ-ın sanksiyaları tətbiq edərək Livanı siyasətini dəyişdirməyə məcbur etmək niyyətində olduğunu, lakin Livan xalqının ABŞ-ın tələbini qəbul etmədiyini söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-13-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap