header

 Bəhreyn və işğalçı İsrail rejimi diplomatik münasibətlər barədə razılığa gəldi

 Bəhreyn və işğalçı İsrail rejimi diplomatik münasibətlər barədə razılığa gəldi

ABŞ-ın vasitəçiliyi ilə Bəhreyn krallığı və işğalçı İsrail rejimi diplomatik əlaqələr qurmağa razılaşıblar.

Bu barədə ABŞ Prezidenti Donald Trampın ötən gün “Tvitter” səhifəsində yayımladığı birgə açıqlama sənədində qeyd edilib.

 
"ABŞ Prezidenti Donald Tramp, Bəhreyn kralı Şeyx Həmad ibn İsa əl-Xəlifə və İsrailin Baş Naziri Benyamin Netanyahu İsrail ilə Bəhreyn arasında tam hüquqlu diplomatik əlaqələrin qurulması barədə razılığa gəldilər. Bu Yaxın Şərqdə sülhün inkişafı üçün tarixi bir irəliləyişdir. İki dinamik cəmiyyət və inkişaf etmiş iqtisadiyyatlar arasında birbaşa dialoq və münasibətlərin möhkəmləndirilməsi bölgəni müsbət şəkildə dəyişdirməyə, Yaxın Şərqdə sabitlik, təhlükəsizlik və firavanlığı artırmağa davam edəcək", - deyə sənəddə qeyd edilib.
 
"Bəhreyn krallığı Donald Trampın Benyamin Netanyahu və Bəhreyn Xarici İşlər naziri Əbdül Lətif əz-Zayaninin Ağ Evdə İsrail və BƏƏ arasında sentyabrın 15-də imzalama mərasiminə (münasibətlərin tam normallaşmasına dair razılaşma) dəvətini qəbul etdi", - deyə sənəddə bildirilib.
 
Xatırladaq ki, bir müddət öncə “Axios” xəbər portalı Bəhreynin vəliəhdi Salman ibn Həmad ibn İsa əl-Xəlifənin gələn həftə Vaşinqtona səfər edəcəyini yazmışdı. Nəşrə görə, ABŞ son iki həftə ərzində BƏƏ-dən nümunə götürmək üçün Bəhreynə təsir göstərib
ABŞ-ın vasitəçiliyi ilə Bəhreyn krallığı və işğalçı İsrail rejimi diplomatik əlaqələr qurmağa razılaşıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-12-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap