İsrail Suriyanın cənubunu hədəfə alıb, havadan müdafiə hərəkətə keçib
Posted on :
Digər sahələr
08/04/2020
İsrail hərbi helikopterlər və raketatan qurğular vasitəsilə Suriyanın Qunaytara əyalətini hədəfə alıb.
Tashaio.com Bildirilib ki, ötən gecə İsrailin helikopterləri Qunaytara əyalətinin əl-Qahtaniyyə qəsəbəsini hədəfə alıblar.
Eləcə də Qunaytara əyalətinin digər bölgələrinə raket atılıb.
Suriyanın havadan müdafiə sistemləri Dəməşqin cənub-qərb səmasında hərəkətə keçib.
Məlumata görə İsrailin təcavüzü nəticəsində ölən olmayıb, xəsarətlər isə yalnız maddi ziyanlardan ibarətdir.