Azərbaycanda 14-18 yaşadək uşaqlar arasında cinayətkarlıq hallarının – STATİSTİKASI
Posted on : qafqaz 10/16/2017 12:59:30 PM
Ötən il 272 uşaq məhkum olunub.
Azərbaycanda 14-18 yaşadək cinayət törətmiş uşaqların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən il ölkədə cinayət törətmiş 14-18 yaşadək uşaqların sayı 514 nəfər olub.
Bu da 14-18 yaşadək uşaqların hər 10 000 nəfərinə 8,9 nəfər deməkdir.
Törədilmiş cinayətlərə görə məhkum olunmuş 14-18 yaşadək uşaqların sayı 272 nəfərdir.
Cinayət törətmiş şəxslərin ümumi sayında 14-18 yaşadək uşaqların xüsusi çəkisi 3,5% təşkil edib. Törədilmiş cinayətlərin növünə gəlincə, 14-18 yaşadək uşaqlardan 5,9%-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd etmə, 9%-i qəsdən sağlamlığa ağır zərbə vurma, 7,7%-i zorlama və zorlamağa cəhd etmə, 13,3%-i oğurluq, 8,6%-i soyğunçuluq, 10,7%-i quldurluq, 0,5%-i dələduzluq, 3,3%-i xuliqanlıq, 0,4%-i narkotik maddələrlə bağlı cinayətlər, 2,1%-i isə digər cinayətlərə yol veriblər