header

 ABŞ vahid, süni intellekt sistemli pilotsuz uçan aparatların istehsalına başlayır

 ABŞ vahid, süni intellekt sistemli pilotsuz uçan aparatların istehsalına başlayır

ABŞ-ın 4 şirkəti “Skyborg” adlı proqram üzrə ən müasir pilotsuz uçan aparatının istehsalını həyata keçirmək uğrunda mübarizəyə başlayıb. Bu proqram pilotsuz aviasiyada bir çox yeniliyi gətirməklə birlikdə aparatların tamamilə süni intellektlə idarə edilməsini nəzərdə tutur.

Tashaio.com xarici agentliklərə istinadən xəbər verir ki, yarışa qatılan şirkətlər “Boeing, “Northrop Grumman”, “Kratos Defense & Security Solutions” və “General Atomics Aeronautical Systems” (General Atomics şirkətini törəmə müəsisəsi) kimi qurumlardır.

 

Bunlardan “Kratos Defense & Security Solutions” firması əsasən pilotsuz aparat, peyk, mikroelektronika, habelə hava hücumundan müdafiə sistemlərinin layihələndirilməsi, işlənib hazırlanmsı və istehsalı üzərində ixtisaslaşıb.

 

“Kratos Defense & Security Solutions” “XQ-58 Valkyrie” adlı pilotsuz uçan aparatın istehsalını həyata keçirib. Bu aparat ABŞ Hərbi-hava qüvvələrinin ucuz başa gələn, zərbə imkanlarına malik texnologiyalar proqramı (Low Cost Attritable Strike Demonstrator — LCASD) çərçivəsində hazırlamasıyla tanınıb.

 

“General Atomics Aeronautical Systems” isə dünyada ad çıxarmış “MQ-1 Predator” çoxhədəfli PUA-sı ilə öyünə bilər.

 

ABŞ HHQ-nin perspektivli uçuş aparatları bölməsinin rəhbəri, briqada generalı Deyl Uaytın sözlərinə görə, proqramın ümumi maliyyəti hələ ki 400 milyon dollar təşkil edəcək. O, “Skyborg” proqramının bir neçə istiqamətdə, istifadə ediləciyini vurğulayıb.

 

ABŞ hərbi rəhbərliyinin fikrincə "Skyborg" muxtar proqram olaraq aparatların uşuşa qalxmasından enməsinə, habelə döyüş şəraitində situasiyadan asılı olaraq müstəqil şəkildə qərar verərək fəaliyyət göstərməsinə qədər bütün funksiyaları icra etməlidir.

ABŞ-ın 4 şirkəti “Skyborg” adlı proqram üzrə ən müasir pilotsuz uçan aparatının istehsalını həyata keçirmək uğrunda mübarizəyə başlayıb. Bu proqram pilotsuz aviasiyada bir çox yeniliyi gətirməklə birlikdə aparatların tamamilə süni intellektlə idarə edilməsini nəzərdə tutur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-02-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap