header

 İmam Hüseynin (ə) və Həzrət Əbülfəzlin (ə) hərəmləri qaraya büründü - FOTO

 İmam Hüseynin (ə) və Həzrət Əbülfəzlin (ə) hərəmləri qaraya büründü - FOTO

İmam Məhəmməd Baqirin (ə) şəhadəti münasibətilə Kərbəlada İmam Hüseynin (ə) və Həzrəti Əbülfəzlin (ə) ziyarətgahına qara bayraqlar yerləşdirilib.

Tashaio.com İQNA-a istinadla xəbər verir ki, İmamın (ə) şəhadət gecəsinin daxil olması münasibətilə Kərbəladakı mütəhhər hərəmlərin bütün səhnləri, sütunlu dəhlizləri və eyvanlarına qara rəngli parçalar yerləşdirilib.
 
Qeyd edək ki, bu gün İmam Baqirin (ə) şəhadəti günüdür.  İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı (hicrətin 96-cı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s. ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində, Zil-hiccə ayının 7-də Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin (ə) İmamət dövrü on səkkiz il olub. 
 
 
 
 
 
 
İmam Məhəmməd Baqirin (ə) şəhadəti münasibətilə Kərbəlada İmam Hüseynin (ə) və Həzrəti Əbülfəzlin (ə) ziyarətgahına qara bayraqlar yerləşdirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-28-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap