BMT-nin xüsusi məruzəçisi: “Beynəlxalq hüquq, ABŞ qanunları deyil”
BMT-nin xüsusi məruzəçisi: “Beynəlxalq hüquq, ABŞ qanunları deyil”
Posted on : Digər sahələr 07/12/2020
BMT-nin xüsusi məruzəçisi iranlı general şəhid Süleymaninin terror edilməsi ilə bağlı ABŞ-ın mövqelərini rədd edib.
Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, şəhid Süleymani sui-qəsdi ilə bağlı son hesabatını müdafiə edən BMT-nin məhkəməsiz və özbaşına cinayətlər üzrə xüsusi məruzəçisi Aqnes Kalamard belə deyib: “Beynəlxalq hüquq, ABŞ qanunları deyil”.
Kallamard ABŞ rəsmilərinin İraqın Qüds Korpusunun komandiri şəhid general-leyenant hacı Qasım Süleymaninin terror edilməsi ilə bağlı təqdim etdiyi hesabatına qarşı səsləndirdiyi fikirlərə cavab verib və Vaşinqtonun mövqeyini rədd edib.
Kallamard bu gün (11 iyul) Tvitter üzərindən ABŞ rəsmilərinə cavab verib: “Beynəlxalq hüquq, ABŞ qanunları deyil. Hərbi PUA-ların nəzarətsiz və təkrar istifadəsi və şəhid general Süleymaniyə edilən PUA-lı hücumu qiymətləndirdiyim hesabatım beynəlxalq hüquq normalarına uyğundur və gələcək böhranların qarşısını almaq üçün lazımlı tədbirlər görülməsini tələb edir”.