header

 Ermənistan XİN rəhbəri Qarabağa gəldi

 Ermənistan XİN rəhbəri Qarabağa gəldi

Ermənistanin xarici işlər naziri Zohrab Mnatsakanyan Azərbaycanın işğal altındakı ərazilərinə gəlib.

Tashaio.com bununla bağlı erməni mediasına istinadən məlumat verir.

 

Qanunsuz olaraq ərazilərimizə gələn erməni nazir Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə görüşüb. Bildirilir ki, Xankəndindəki müzakirələrin əsas predmeti Qarabağ münaqişəsi olub. Ermənistan XİN rəhbəri görüşdə Azərbaycan xarici işlər naziri və həmsədrlərlə son videokonfransdakı müzakirələr barədə separatçıları məlumatlandırıb. Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyan da Ermənistanla belə görüşlərin mütəmadı keçirilməsinin “vacib”liyindən danışıb. Erməni nazir növbəti dəfə separatçıların danışıqlarda tərəf kimi iştirakı barədə “yuxusunu” izhar edib. Bundan əlavə, Mnatsakanyan separatçıların “xarici işlər naziri” və “parlament sədri” ilə də görüşüb və onlara hesabat verib.

 

Bu fakt bir daha göstərir ki, Ermənistan danışıqlardan sadəcə status-kvonun uzadılması məqsədilə isitifadə edir və konstruktiv mövqe sərgiləmək niyyətindən uzaqdır.

Ermənistanin xarici işlər naziri Zohrab Mnatsakanyan Azərbaycanın işğal altındakı ərazilərinə gəlib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-05-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap