Suriyada kənd sakinləri ABŞ əsgərlərini daşa tutub qovdu
Suriyada kənd sakinləri ABŞ əsgərlərini daşa tutub qovdu
Posted on : Digər sahələr 07/02/2020
Suriyanın şimal-şərqində yerləşən Əl-Kərimə kəndinin sakinləri fermalarının ABŞ əsgərləri tərəfindən yandırıldığını görüb onları daşa tutublar.
Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, Əl-Kərimə kəndi ölkənin şimal vilayətindəki Əl-Qahtaniyah şəhərindən 15 km. şərqdə, ABŞ qüvvələri və Demokratik Suriya Qüvvələri kimi tanınan suriyalı kürd yaraqlılarının əhatəsində yerləşir.
Sputnik xəbər verir ki, kənd sakinləri ABŞ əzgərlərinin kəndə zirehli maşınları ilə girməsinin qarşısı alınıb və ona daş ataraq geriyə çəkilməyə məcbur ediblər.
Sputnik-ə danışan bir sakin bildirib ki, ABŞ-ın 6 zirehli avtomobili iyunun 30-u kəndə girib və kənd təsərrüfatı ərazilərindəki mal-qaranın yemini yandırıblar.
“Dünən arpa və buğda əkinlərimizi yandırdılar və bu gün də qoyunlarımızın yemini yandırırlar. Bundan sonra kəndlilər etiraz etdilər və onları daşa tutdular və ABŞ işğalına qarşı şüarlar səsləndirdilər. Suriya ordusu və hökumətinə dəstək şüarları səsləndirdilər”, - deyə o, bildirib.
Suriyalı sakin ABŞ əsgərlərinin mülki şəxslərin etiraz etdiyini görən kimi kəndi tərk etdiklərini və geri çəkilmək məcburiyyətində qaldıqlarını qeyd edib.