header

 Hüquq müdafiəçisi Bahar EnergyLtd.-də işçilərin hüquqlarının pozulması barədə

 Hüquq müdafiəçisi Bahar EnergyLtd.-də işçilərin hüquqlarının pozulması barədə

Bahar EnergyLtd. əməliyyat şirkətində neftçilərin hüquqları pozulur.

Tashaio.com xəbər verir ki, bu barədə Turan-a  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
 
O qeyd edib ki, şirkətin prezidenti Con Harkinsin göstərişilə  şirkətin prezidentinin səlahiyyətlərini icra edən Deyl Makfadden Azərbaycanın əmək qanunvericiliyinin pozulması və işdən çıxarılma hədəsi ilə işçiləri əməkhaqqının 20% azaldılması ilə yeni əmək müqavilələri bağlamağa məcbur edir. Bu, maaşı yüksək olanlara (4000 – 40000 manat) aid deyil, maaşı az olanlara aiddir.
 
Bundan əlavə, şirkət rəhbərliyi qanunvericiliyi pozaraq artıq iki aydır ki, əməkhaqqı ödəmir.
 
M.Qəhrəmanlı xatırladıb ki, prezident İlham Əliyev pandemiya şəraitində işçilərin ixtisar olunmamasını təkidlə tövsiyə edib.
 
“Lakin işəgötürənlər işçiləri ixtisara salmır, müqavilələrə vaxtından əvvəl xitam verir, öz xahişi ilə işdən çıxma haqqında ərizə yazmağa məcbur edir. Belə olan halda, işsiz qalanlar işsizlik sığortası ala bilmirlər”, - M.Qəhrəmanlı bildirib.
 
BaharEnergyLtd.-dən şərh almaq mümkün olmayıb.
 
Bahar EnergyLtd. Greenfields Petroleum şirkətinin törəmə şirkəti kimi  “Bahar” və “Qum-dəniz” yataqlarında əməliyyatlar həyata keçirir. Həmin yataqlarda  80% paya sahibdir. Qalan 20% SOCAR-a məxsusdur.
 
Yataqlardan ümumi hasilat 4 400 barrel / gün təşkil edir. Yataqların qalıq ehtiyatları təxminən 150 mln. bareli ötür.
Bahar EnergyLtd. əməliyyat şirkətində neftçilərin hüquqları pozulur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-01-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap