5-ci İslam Həmrəyliyi oyunları 2021-ci ilin sentyabrında keçiriləcək
Posted on :
Digər sahələr
06/29/2020
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Əlaqələndirmə Şurasının İstanbuldakı oyunların Təşkilat Komitəsi ilə birgə növbəti videokonfransı keçirilib.
Tashaio.com "Report"a istinadla xəbər verir ki, onlayn toplantıda müzakirələr zamanı pandemiyanın bütün sahələrə, o cümlədən idman sahəsinə təsiri, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin 5-ci İslam Həmrəyliyi oyunlarının 10-19 sentyabr 2021-ci il tarixdə İstanbulda keçirilməsi dəqiqləşdirilib.
Bununla əlaqədar idman obyektlərinin cari vəziyyətinə nəzər salınmış, pandemiyanın zərərli təsirlərini minimuma endirərək, infrastrukturun hazır duruma gətirilməsinin vacibliyi diqqətə çatdırılıb.