header

 Belçikada işğalçı İsrailin ilhaq planı əleyhinə etiraz aksiyası keçirilib – FOTO

 Belçikada işğalçı İsrailin ilhaq planı əleyhinə etiraz aksiyası keçirilib – FOTO

Brüsseldə, İsrailin işğal etdiyi Qərb Sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinin tikintisinə və işğalçı rejimin fələstin torpaqlarına dair yeni "ilhaq" planına qarşı etiraz aksiyası keçirilib.

Tashaio.com “Anadolu”agentliyinə istinadla xəbər verir ki,  ABŞ-ın Brüsseldəki səfirliyi yaxınlığındakı Trone Meydanına toplaşan yüzlərlə fəal və bir çox  insan haqları təşkilatı üzvləri işğalçı İsrail rejim əleyhinə şüarlar səsləndirib. 
 
Etiraz aksiya iştirakçıları  üzərində "Yaşasın Fələstin", "Fələstin torpaqlarının ilhaqına yox", "Fələstin əziyyət çəkir" və "Müqavimət göstər Fələstin" yazılmış plakatlar daşıyıb.  Etirazçılar işğalçı İsrail rejiminə qarşı sanksiyalar tətbiq etməyi tələb edib. 
 
Polis əllərində Fələstin bayraqları daşıyan nümayişçilərin ətrafında sıx təhlükəsizlik tədbirləri görüb. 
 
Qeyd edək ki, İsrail yaxın zamanlarda işğal edilən İordan çayının qərb sahilindəki İordan vadisinin və sonradan salınan 121 massivin üzərində suverenliyini elan etməyi planlaşdırır. Adıçəkilən ərazilər ABŞ prezidenti Donald Trampın "Əsrin Sazişi" planında da İsrailin ərazisi kimi təqdim edilib.
 
 
 
 
 
 
 
 
 
 

 

Brüsseldə, İsrailin işğal etdiyi Qərb Sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinin tikintisinə və işğalçı rejimin fələstin torpaqlarına dair yeni "ilhaq" planına qarşı etiraz aksiyası keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-29-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap