İraqın baş naziri xarici qoşunların çıxarılması ilə bağlı danışıqları uğurlu adlandırıb
İraqın baş naziri xarici qoşunların çıxarılması ilə bağlı danışıqları uğurlu adlandırıb
Posted on : Digər sahələr 06/27/2020
İraqın baş naziri, Bağdad hökumətinin, ABŞ qoşunlarının ölkədən çıxarılması ilə əlaqədar Vaşinqtonla apardığı strateji danışıqların uğurlu keçdiyini bildirib.
"Tashaio.com" ın Parstoday-a istinadən verdiyi xəbərə görə, Mustafa əl-Kazımi iyunun 26-da jurnalistlərə verdiyi müsahibədə deyib: "İraq xarici sui-qəsdlərə müqavimət göstərəcək və heçbir tərəfin onun təhlükəsizliyinə təhdid etməsinə imkan verməyəcək". Bağdad və Vaşinqton arasında strateji danışıqlar iyunun 11-i video konfrans formatında başladı. Hər iki tərəf, ABŞ qoşunlarının İraqdan çıxarılması daxil olmaqla, müxtəlif mövzuları müzakirə etdi. Mustafa əl-Kazımi, yaxın gələcəkdə bu ölkənin sərhədlərindəki keçidlərin təhlükəsizliyini təmin etmək üçün terror ünsürlərindən təmizlənmə əməliyyatları haqqında da elan etdi.