header

 Suriya ordusu yaraqlıların mövqelərini artilleriya ilə atəşə tutdu

 Suriya ordusu yaraqlıların mövqelərini artilleriya ilə atəşə tutdu

İyunun 26-da günortadan sonra Suriya ordusunun artilleriyası Lazqiyyənin şimal ətrafındakı yaraqlıların mövqelərini atəşə tutub.

Tashaio.com SouthFront-a istinadən xəbər verir ki, Londonda yerləşən suriyalı müxaliflərə yaxınlığı ilə tanınan Suriya İnsan Haqları Rəsədxanasının (SOHR) verdiyi məlumata görə, artilleriya Türkman dağını hədəfə alıb. Türkistan İslam Partiyası və Əcnəd Əl-Kavkaz kimi bir sıra terrorçu qrupların burada yerləşdiyi məlumdur.

 

Monitorinq qrupunun hesabatında artilleriya zərbələri nəticəsində hər hansı bir tələfat barədə məlumat verilməyib.

 

Suriya ordusunun hücumu böyük ehtimalla yaraqlıların son hücumlarına cavab olub. Bir gün əvvəl Suriya ordusunun bir əsgəri İdlibin cənub hissəsində snayper tərəfindən öldürülmüşdü.

 

Xatırladaq ki, Rusiya və Türkiyənin vasitəçiliyi ilə bağlanmış müqavilə çərçivəsində mart ayında Böyük İdlibdə atəşkəs tətbiq edilib.

 

Razılaşma yaraqlıların M4 magistral yolunun yenidən açılmasına icazə verməkdən imtina etməsi də daxil olmaqla bir sıra problemlərlə üzləşib. Strateji magistral yol Lazqiyyə liman şəhərini ölkənin sənaye mərkəzi olan Hələb şəhəri ilə bağlayır.

İyunun 26-da günortadan sonra Suriya ordusunun artilleriyası Lazqiyyənin şimal ətrafındakı yaraqlıların mövqelərini atəşə tutub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-27-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap