Türkiyədə polislərə qarşı yeni həbs dalğası
Posted on : qafqaz 10/16/2017 12:59:31 PM
İstanbulda çox sayda polis işçisi saxlanılaraq istintaqa cəlb olunub
Bu gün İstanbulda keçirilən əməliyyatlar çərçivəsində çox sayda polisin saxlanıldığı qeyd olunub.
Saxlanılanlar arasında İstanbul baş polis idarəsinin sabiq maliyyə şöbə müdiri Yaqub Sayqılı və İstanbul baş polis idarəsinin sabiq rəis müavini Mahir Çakallı adlı yüksəkçinli məmurlar var.
Onların hansı maddələrdə ittiham olunduğu açıqlanmayıb.