Suriyada ABŞ-ın dəstəklədiyi qüvvələrə qarşı aksiya keçirildi
Suriyada ABŞ-ın dəstəklədiyi qüvvələrə qarşı aksiya keçirildi
Posted on : Digər sahələr 06/06/2020
Suriyanın Hasəkə vilayətinin əş-Şədadi şəhəri və ətrafında yaşayan vətəndaşlar ABŞ-ın dəstəklədiyi "Suriya Demokratik Qüvvələri" (SDQ) qruplaşmasının əməllərinə etiraz olaraq aksiya keçirib.
Tashaio.com "eastnews"-a istinadla xəbər verir ki, etiraza səbəb SDQ-nin açdığı atəş nəticəsində mülki vətəndaşın ölməsi, çətin həyat şəraiti olub.
Etirazçılar adıçəkilən qüvvələrin əş-Şədadi və ətraf ərazilərindən çıxmasını tələb ediblər.
Onlar yolları bağlayıb və təkərlər yandırıblar. ABŞ-ın dəstəklədiyi SDQ qüvvələrinin etirazçıları dağıtmaq üçün və nəzarəti ələ almaq üçün güclərini səfərbər etdiyi bildirilir.