header

 İsrail rejimi Əl-Əqsa məscidinin imam-camaatını həbs etdi

 İsrail rejimi Əl-Əqsa məscidinin imam-camaatını həbs etdi

Şeyx İkrimə Səbrinin ailəsindən adının açıqlanmasını istəməyən bir şəxs Anadolu müxbirinə bildirib ki, İsrail rejiminin qüvvələri Qüdsün Əs-Suvvanə məhəlləsindəki Şeyx Səbrinin evinə basqın edərək, onu həbs ediblər.

Tashaio.com xəbər verir ki, Səbrinin saxlanılmasına etiraz etdiyini bildirən şəxs, İsrail rejiminin qüvvələrinin şeyxi heç bir əsas olmadan zorla həbs etdiyini söyləyib.

 

Sözügedən şəxs, Şeyx Səbrinin İsrail rejiminin qüvvələri tərəfindən Qüdsün Qədim Şəhər hissəsindəki Caffa (Hebron) qapısı yaxınlığında olan polis bölməsinə aparıldığını qeyd edib.

 

İsrail rejimi yanvar ayında Əl-Əqsa məscidinin imam-camaatı Şeyx İkrimə Səbrini 4 ay müddətinə Əl-Əqsa məscidindən uzaqlaşdırmaq qərarı vermişdi.

Şeyx İkrimə Səbrinin ailəsindən adının açıqlanmasını istəməyən bir şəxs Anadolu müxbirinə bildirib ki, İsrail rejiminin qüvvələri Qüdsün Əs-Suvvanə məhəlləsindəki Şeyx Səbrinin evinə basqın edərək, onu həbs ediblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-30-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap