header

 Yəməndə husilər hökuməti istefaya çağırıblar

Yəməndə şimal əyalətlərindən sonra bir neçə mərkəz əyalətləri və paytaxtı ələ keçirən husilərin etiraz aksiyası davam edir.


"əl-Məyadin"nin verdiyi xəbərə görə, husi şiələrinin lideri Əbdül-Məlik Husi ölkə xalqı, xüsusilə də paytaxt əhalisini hökumətə qarşı kütləvi aksiyaya çağırıb və hökumətin istefasını tələb edib.

Yəməndəki mövcud hökuməti yanacaq və digər istehlak mallarının bahalaşdırılmasında və rüşfətxorluqda ittiham edən husilər aksiyalarını cari həftənin sonunadək davam etdirəcəklərini bəyan ediblər.

Yeri gəlmişkən, ordu qüvvələri ilə husilər arasında silahlı qarşıdurmalar da baş verib. Paytaxt Sananın cənubundakı toqquşmada yeddi nəfər, əl-Cənub əyalətində tərəflər arasında baş verən toqquşmada isə 32 nəfər həlak olub.

Qeyd edək ki, hazırda husilərin Yəmən paytaxtındakı etiraz aksiyası 2011-ci ilin fevralında sabiq diktator Əli Abdullah Salehə qarşı keçirilən kütləvi mitinqlərdən sonra ən izdihamlı hesab edilir
Yəməndə şimal əyalətlərindən sonra bir neçə mərkəz əyalətləri və paytaxtı ələ keçirən husilərin etiraz aksiyası davam edir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap