header

 Balkanlar diyarında Quran yazan qadın

 Balkanlar diyarında Quran yazan qadın

Sarayevo Universitetinin akademiki Haris Drusoviç "İslam İncəsənəti" jurnalındakı məqaləsində 1764-cü ilə (256 il əvvəl) aid olan Aminə Mustafa Çələbinin yazdığı Quran nüsxəsini təqdim edib.

Tashaio.com "Aljazeera"ə istinadla xəbər verir ki, bu Quran Sarayevodakı Qazi Husrev bəy Kitabxanasında qorunur və bu kitabxananın ən vacib köhnə və qiymətli əsərlərindən biridir.
 
Quranın bu nüsxəsi qara mürəkkəbdən istifadə edilərək 250 səhifədə və "Nəsx" xəttində yazılıb. Tilavətə xas olan işarələr və surələrin adı qırmızı rəngdə qeyd edilib. Bu Quranın ilk səhifəsi zərlidir və bu nüsxədə səhifə nömrəsi yoxdur. Ancaq səhifələrin sırasını qarışdırmamaq və səhifələrini itirməmək üçün hər səhifənin ilk sözü əvvəlki səhifənin sonuna gətirilir və ayələr bağlanır.
 
Haris Drusoviç məqalədə belə yazır: "Aminə evdə xəttatlığı öyrəndi. Atasının adı Çələbi idi və "Çələbi" ləqəbi Sarayevoda hörmətli bir mövqe tuturdu. Aminənin atası qızının təhsili üçün xüsusi imkanlar yaratmağa çalışırdı. Aminə Quran yazarkən düzgün yazı qaydalarından istifadə edərək bu nüsxəyə qiraət və tilavət işarələrini əlavə edib. Bundan əlavə, bu Quranın estetik dəyəri var.
 
Aminə Çələbi adını Quranın son səhifəsinə yazıb və hazırda mövcud olmayan Sarayevonun Zabuljak bölgəsində Quranı tamamladığını bildirib və bu Quranı oxuyanlardan onun ruhuna "Fatihə" oxunmasını istəyib."
Sarayevo Universitetinin akademiki Haris Drusoviç "İslam İncəsənəti" jurnalındakı məqaləsində 1764-cü ilə (256 il əvvəl) aid olan Aminə Mustafa Çələbinin yazdığı Quran nüsxəsini təqdim edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-19-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap