header

 Ayətullah Xamenei: ABŞ terrorçuları dəstəkləyir, İraq və Suriyadan qovulacaq

 Ayətullah Xamenei: ABŞ terrorçuları dəstəkləyir, İraq və Suriyadan qovulacaq

Ali Rəhbər Ayətullah Xamenei ötən gün tələbə gənclər və tələbə təşkilatarının bir qrup nümayəndəsi ilə videobağlantı formatında iclası olub.

Tashaio.com "Leader.ir" saytına istinadla xəbər verir ki, çıxış edən Ali Rəhbər  bildirib ki, reallıq ondan ibarətdir ki, bu gün İranın qarşısında hər növ vasitə, hiylə və imkanlardan istifadə edərək İslam dövlətinin geri çəkilməsi və təslim olmasına çalışan geniş və çox böyük zülm, küfür və imperialist cəbhəsi dayanır. “Əgər onların qarşılarına qoyduqları məqsəd reallaşsa, bu, gələcəkdə ölkə üçün çox baha başa gələcək. Əlbəttə, Allahın lütfü, xalqın ayıqlığı və müqaviməti sayəsində imperialist cəbhə bu məqsədinə çatmayacaq”.
 
Ayətullah Xamenei qeyd etdi ki, düşmənin İran xalqı ilə mübarizədə qarşısına qoyduğu əsas məqsəd xalqlar üçün cazibədar bir meyarın yaranmasının qarşısını almaqdır: “Diqqətdən qaçırmaq olmaz ki, İslam Respublikası imperialistlər cəbhəsi ilə siyasi, intellektual, yumşaq və sərt müharibə şəraitindədir”.
 
Ayətullah Xamenei qüdrətli zülm və imperializm cəbhəsi ilə mübarizə aparmaq və ona qalib gəlmək üçün ölkənin çox yüksək potensiala malik olduğuna diqqət yetirilməsinin tərəddüdsüz bir gerçəklik olduğunu dedi: “Son 40 ilin hərbi və qeyri-hərbi təcrübələri sübuta yetirir ki, əziz İran xalqı öz inadkar düşməninə qalib gəlmək imkanına malikdir”.
 
O bildirdi ki, orta dünya statisikası ilə müayisədə İranın elmi hərəkətinin çox böyük sürətə malik olması, dövlətin dini, inanc və mədəni prinsiplərinə bağlı olan böyük gənclik ordusunun mövcudluğu, korona, zəlzələ və sel kimi ümumi və təbii hadisələr zamanı xalqın təqdirəlayiq iştirakı ölkənin elmi, mədəni və sosial mübarizədəki qələbəsi üçün böyük imkana malik olduğunu göstərən cəhətlərdir: “İntellektual mübarizədə çoxlu işlər görülmüşdür ki, tələbələrin bu günkü mövzuları bu işlərin nəticələrindəndir”.
 
Ali Rəhbər çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Qeyd edilən gerçəklərin məcmusu İslam dövlətinin mədəni, sosial, hərbi və digər sahələrdə düşmən chbəsinə qalib gəlmək üçün çox yüksək potensiala malik olduğunu göstərir. Bu aydın reallıq ürəklərdə həqiqi ümid yaradır”.
 
Ayətullah Xamenei bildirdi ki, böyük zülm, küfür və imperializm cəbhəsi ilə mübarizə aparmaq üçün bütün İran xalqının institutlaşmış qüdrət və izzət hissinə malik olması ölkənin başqa bir yüksək potensialıdır: “Öz zəifliklərini İslam cəmiyyəti və dövlətinə aid edən, sayca da az olan bəzi neqativ düşüncəli insanların olmasına baxmayaraq, ölkədə ümumi və dərin biz izzət və qüdrət hissi mövcuddur”.
 
 Ayətullah Xamenei vurğuladı ki, imperialist və istismarçı güclərin mühüm hiylələrindən biri xalqlarda kiçiklik və şəxsiyyətsizlik hissi yaratmaqdır: “İslam İnqilabının qələbəsi İran xalqı və gənclərində gözəgörünməz bir qüdrətə malik olması, yəni xarici dövlətlər, xüsusilə də ABŞ tərəfindən himayə edilən diktatura hökumətinin kökünü kəsərək dünyanı heyrətləndirmək iqtidarında olması hissini yaratdı”.
 
Ali Rəhbər  hal-hazırda ölkənin zorakılıqlara qarşı güclü və açıq müqaviməti və milli iqtidarına işarə edərək dedi: “Əlbəttə, bir məsələni unutmaq olmaz ki, düşmən xalqı alçaltmaq və milli özgüvəni məhv etmək məqəsdindən məyus olmamışdır. Lakin düşmənlərin səylərinə baxmayaraq, Allah bunun əksini təqdir etmişdir”.
 
Ayətullah Xamenei dedi: “Korona ilə bağlı hadisələr, o cümlədən Qərblə müqayisədə ölkədə bu xəstəliyin nəzarət altında saxlanması forması, bu virusun öyrənilməsi üçün həyata keçirilən elmi çalışmalar, çox böyük mömincəsinə yardımlar, habelə peykin göyə buraxılması İran xalqında qüdrət və izzət hissinin daha da çoxalmasına səbəb olmuşdur”.
 
Bu gün ABŞ-a qarşı xoşagəlməz hislərin və nifrətin olması uzun illərin siyasətinə görədir deyən Ali Rəhbər bildirib ki, uzun illərdir onlar bölgədə cinayəti, qətli, ədalətsizliyi, terrorçuları bəsləməyi, diktator və bədnam dövlətləri dəstəkləməyi, sionist rejimin gündən-günə artan zülmünə dəstəyi, və sonda da koronavirus dönəmindəki rəftarı həyata keçirirlər. Bu hisslər ona görədir.
 
Ayətullah Xamenei ABŞ-ın bölgə siyasətini tənqid edib və bildirib ki, onlar İraq və Suriyadan da qovulacaqlar. 
 
“ABŞ-ın bölgə xalqları tərəfindən nifrətlə qarşılanmasının səbəblərindən biri də İraq, Suriya və Əfqanıstandakı addımlarına görədir. Amerikalılar açıq-aşkar elan edirlər ki, Suriyanın şərqində neft olduğuna görə orada hərbi qüvvələr yerləşdiriblər. Əlbəttə onlar Suriya və İraqda qalası deyillər və hökmən də belədir ki, onlar şəksiz buradan qovulacaqlar”, deyə Ayətullah Xamenei ABŞ siyasətinin bölgə xalqları tərəfindən nifrətlə qarşılandığını vurğulayıb.
 
 “Uzun illərdir ABŞ özünün müsbət obrazını təbliğ etmək üçün külli miqdarda vəsait ayırmasına baxmayaraq, bu ölkə və rejimə dünyanın əhəmiyyətli hissəsi nifrət edir”, - deyə Ayətullah Xamenei qeyd edib.  
Ali Rəhbər Ayətullah Xamenei ötən gün tələbə gənclər və tələbə təşkilatarının bir qrup nümayəndəsi ilə videobağlantı formatında iclası olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-18-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap