header

 İsrail narkotikanı xarici ölkələrə satacaq

 İsrail narkotikanı xarici ölkələrə satacaq

Qeyd olunur ki, İsrail artıq marixuananı başqa ölkələrə satmağa icazə verməklə bağlı yekun qərarını açıqlayıb.

Bu sənayenin ölkəyə yüz milyonlarla dollar gəlir gətirməsi gözlənilir. İqtisadiyyat naziri Eli Koen müvafiq fərmanı imzalayıb. Nazirlər Kabineti bu qərarı hələ 2019-cu ilin yanvarında bəyənsə də, o, lazımi müzakirələrdən keçmək üçün Maliyyə və Səhiyyə nazirliklərinin xüsusi Komitələrinə göndərilib.

Məmurlar bütün lazımi sənədləri hazırlayıblar. Marixuana ixracatçıları məhsulu digər ölkələrə satmaq üçün İsrail Səhiyyə Nazirliyindən xüsusi icazə almalıdırlar.

Sputnik bildirir ki, İsraildə çətənə becərilməsi ilə məşğul olan ən azı səkkiz, marixuana istehsalı və satışı ilə məşğul olan daha bir neçə şirkət mövcuddur. Məlumdur ki, onların bir qismi artıq xarici alıcılarla ticarət əlaqəsi qurmaq istədiklərini bildiriblər.

Keçmiş nazirlər, generallar, polis rəisləri və deputatlar…

Kannabis – tibbi narkotika kimi satılacaq marixuananın istehsalını həyata keçirən şirkətə İntercure adlı investisiya kompaniyasının dəstək verməsi bəzi suallara səbəb olub. İntercure şirkətinə hazırda eks baş nazir, eks Hərbi Kəşfiyyatın rəisi, eks müdafiə naziri və qərargah rəisi Ehud Barak rəhbərlik edir. Kannabisin istehsalına pul yatıran tanınan İsrail rəsmilərindən təkcə eks baş nazir Ehud Barak deyil, bundan başqa bu tibbi narkotika ticarətilə məşğul olanlar arasında sabiq baş nazir Ehud Olmert, sabiq səhiyyə naziri Xaim Ramon və Dani Nave (fərqli vaxtlarda nazir olublar), sabiq Polis Baş İnpektoru Yoxan Danino, sabiq demuptat İfat Kariv, Britaniyada səfir olmuş Ron Prosor, sabiq nazir Orit Noked, kimya üzrə Nobel laureatı Aaaron Çexanover məşğul olurlar. Media siyahının tam olmadığını da qeyd edir.

Olmertin 2 milyonu marixuananın istehsalı üçün…

Univo adlı kannabis – tibbi narkotika istehsalı həyata keçirən digər şirkətə sabiq baş nazir Ehud Olmertin 2 milyon şekel (952 min AZ) investisiya qoyduğu önə çəkilir. KİV bildirir ki, bu ticarətə İsrail Ordusunun sabiq generalları, İsraildə tanınan elm adamları və sabiq Polis rəisləri də xeyli miqdarda pul yatırıblar.

Qeyd olunur ki, İsrail artıq marixuananı başqa ölkələrə satmağa icazə verməklə bağlı yekun qərarını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-17-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap