header

 İranda ilk dəfə bu il Beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcək

 İranda ilk dəfə bu il Beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcək

İranda son 40 ildə ilk dəfə Beynəlxalq Qüds günü yürüşləri bu il keçirilməyəcək.

Tashaio.com xəbər verir ki, bunu  İran İslami Təbliğat Şurasının  koordinasiya mərkəzinin sədr müavini  Nüsrətullah Lütfi deyib.
 
Onun sözlərinə görə, koronavirus epidemiyası ilə bağlı, cari ildə geniş miqyaslı tədbirin keçirilməsi mümkün olmadığı üçün yürüş  ləğv olunub:
 
"Lakin Ramazan ayının son cümə günü Ali Rəhbər Ayətullah Xamenei İslam ümməti ilə bir başa canlı  danışacaq. Bu canlı çıxış  televiziya, radio və sosial şəbəkələr vastiəsilə canlı yayımlanacaq".
 
1982-ci ildə İmam Xomeyninin (r.) təşəbbüsü ilə Mübarək Ramazan ayının son cümə günü Qüds Günü elan olundu. Beynəlxalq Qüds günündə dünyanın müxtəlif ölkələrində müsəlmanlar , torpaqları işğal olunmuş və zülmə məruz qalmış Fələstin xalqına dəstək çıxaraq dolaysıyla dünyada baş verən işğalçı siyasətə öz etirazlarını bildirirlər.  Bu il Beynəlalq Qüds günü may ayının  22-nə  təsadüf edir. 
 
İranda son 40 ildə ilk dəfə Beynəlxalq Qüds günü yürüşləri bu il keçirilməyəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-17-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap