header

 BMT-nin Dünya Ərzaq Proqramı: Kovid-19-a görə Yəməndə ərzaq qiymətləri artıb

 BMT-nin Dünya Ərzaq Proqramı: Kovid-19-a görə Yəməndə ərzaq qiymətləri artıb

Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramının (WFP) Yəmən ofisinin Twitter hesabından verilən açıqlamada, epidemiya səbəbilə Yəməndə ərzaq qiymətlərinin artdığı və bu vəziyyətin Yəməndəki bir çox insana mənfi təsir göstərəcəyi qeyd olunub.

Tashaio.com xarici KİV-ə istinadla xəbər verir ki, açıqlamada, yəmənlilər üçün can damarı olan humanitar yardımların davam etməsinin zəruri olduğu ifadə edilib.
 
Yəmən Səhiyyə Nazirliyi hökumətin nəzarətindəki bölgələrdə Kovid-19 sayının 65-ə, insan itkisinin 10-a çatdığını açıqlayıb.
 
Yəməndə 5 ildən çox müddətdir davam edən toqquşmalarda minlərlə insan həyatını itirib. Dünyanın ən kasıb ölkələri arasında yer alan Yəməndə vətəndaş müharibəsi səbəbi ilə böyüyən humanitar fəlakət də dəhşətli həddə çatıb.
 
BMT-nin açıqlamasına görə, dünyanın ən böyük humanitar böhranlarından birinin baş verdiyi Yəməndə, 22 milyondan çox insan yardıma və müdafiəyə ehtiyac duyur.
 
Ölkədə təmiz su problemi, yetərsiz qidalanma, dərman və tibbi ləvazimat nöqsan kimi səbəblər də yoluxucu xəstəliklər üçün müsbət tendensiya yaradır.
Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramının (WFP) Yəmən ofisinin Twitter hesabından verilən açıqlamada, epidemiya səbəbilə Yəməndə ərzaq qiymətlərinin artdığı və bu vəziyyətin Yəməndəki bir çox insana mənfi təsir göstərəcəyi qeyd olunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-13-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap