header

 ABŞ-ın nüvə gəmisinin kapitanı xəyanətdə ittiham olunur

 ABŞ-ın nüvə gəmisinin kapitanı xəyanətdə ittiham olunur

ABŞ Hərbi Dəniz Qüvvələri baş katibinin müavini Tomas Modli işdən azad edilən "USS Theodore Roosevelt" təyyarədaşıyan nüvə gəmisinin kapitanı Brett Kozieri xəyanətdə günahlandırıb.

Tashaio.com xarici KİV-ə istinadla xəbər verir ki, Modli gəmi heyətinə məktub yazıb və gəmidə əsgərlər arasında yeni növ koronavirus (Kovid-19) hallarının artması ilə bağlı məlumatın mətbuata sızması səbəbiylə kapitanın işdən azad edildiyini bildirib.

 
Kozierinin məktubu 20-dən çox insana etibarlı olmayan elektron poçtla göndərdiyini xatırladan Modli, "yaşadığımız məlumat əsrində göndərdiyi bu e-poçtun ictimaiyyətə yayılacağını düşünmürsə, mənə görə, ya bu gəmiyə kapitanlıq etməyəcək dərəcədə sadəlövh, ya da axmaqdır. Ya da başqa bir alternativi var, bunu qəsdən edib", - deyə bildirib.
 
Kapitanın birbaşa ona müraciət edə biləcəyi halda, bunu etmədiyini bildirən Modli, "bu mənə və əmr zəncirinə olan etimada xəyanətdir. Bu məktubu ictimaiyyətə sızdırdığı üçün Vaşinqtonda böyük bir müzakirəyə səbəb oldu", söyləyib.
 
Digər tərəfdən, bu həftə sonu gəmini tərk edərkən gəmi heyətinin alqışları ilə yola salınan Kozierin "Kovid-19" testi müsbət çıxıb.
 
Kozierin səhhəti ilə bağlı heç bir açıqlama verilməyib.
 
Bu gün səhər olan məlumata görə, isə nüvə gəmisində koronavirusa yoluxan əsgər sayı 173-ə yüksəlib.
 
Təxminən 5000 əsgərin xidmət etdiyi gəmidən 2 min əsgər quruya çıxarılıb. İşdən azad edilən gəmi kapitanını istəyi də heyətin quruya çıxarılması və əsgərlərin koronavirusdan mühafizə olunması idi. O, ilk yoluxma halından bunu istəsə də, rəsmi Pentaqon imtina etmişdi.
ABŞ Hərbi Dəniz Qüvvələri baş katibinin müavini Tomas Modli işdən azad edilən "USS Theodore Roosevelt" təyyarədaşıyan nüvə gəmisinin kapitanı Brett Kozieri xəyanətdə günahlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-07-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap