header

 Səudiyyə koalisiyası 24 saat ərzində Yəmənə 19 dəfə hücum edib

 Səudiyyə koalisiyası 24 saat ərzində Yəmənə 19 dəfə hücum edib

Yəmənin "Əl-Məsirə" kanalının verdiyi xəbərə görə, Səudiyyə koalisiya qırıcı təyyarələri son 24 saat ərzində Yəmənin müxtəlif bölgələrini 19 dəfə bombalayıb.

Tashaio.com xəbər verir ki, Saədə, Əl-Cuf, Maarib, Umran və Həccədən verilən məlumatlarda bildirilir ki, hücumu Səudiyyə koalisiyasına məxsus qırıcı təyyarələr həyata keçirib.

 
Hücumlarda üç mülki şəxsin öldüyü və bəzilərinin yaralandığı bildirilir.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. İllərdir davam edən müharibədə 16 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb.
 
Digər tərəfdən Yəmən Milli Azadlıq Hərəkatı yüzlərlə yəmənli məhbusun koronavirusun yayılmasının qarşısını almaq üçün sərbəst buraxıldığını bildirib.
 
Baş prokuror Əl-Hadi də verdiyi açıqlamada, həbs müddətinin 3/-4-nü başa vurmuş 406 məhbusun sərbəst buraxıldığını söyləyib.
 
Yəməndə bu günə qədər koronavirus hadisəsi baş verməyib, lakin Yəmən Milli Azadlıq Hərəkatı rəsmiləri dəfələrlə Səudiyyə koalisiyasının bu xəstəliyi ölkəyə yaymağa çalışdıqlarını vurğulayıblar.
Yəmənin "Əl-Məsirə" kanalının verdiyi xəbərə görə, Səudiyyə koalisiya qırıcı təyyarələri son 24 saat ərzində Yəmənin müxtəlif bölgələrini 19 dəfə bombalayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-04-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap