header

 Fələstində fövqəladə vəziyyətin müddəti bir aylıq artırılıb

 Fələstində fövqəladə vəziyyətin müddəti bir aylıq artırılıb

Fələstində koronavirusla mübarizə tədbirləri çərçivəsində fövqəladə vəziyyət bir aylıq uzadlıb.

Tashaio.com "SalamNews"a istinadla xəbər verir ki,  Fələstin Media Mərkəzinin yayımladığı məlumata görə, bu barədə Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin katibi Saib Əriqat məlumat verib.
 
Bildirilib ki, Fələstin Muxtariyyətinin nəzarətində olan bütün ərazilərdə koronavirusla bağlı fövqəladə vəziyyət daha bir ay uzadılıb.
 
Qeyd edək ki, BMT Fələstinə koronavirusla mübarizədə 34 milyon dollarlıq yardımın edilməsini araşdırır.
 
Bu arada İsrailin nəzarətində olan bölgələrdə koronavirusun sürətlə yayılması fonunda burada həbsxanalarda olan azı 5 min fələstinli məhbusların üzləşdiyi təhlükələr barədə həyəcan mesajları verilib. Fələstinin rəsmi qurumları bır sıra beynəlxaq təşkilatlara, İsrail həbsxanalarında olan 5 min fələstinli məhbusun koronavirusa yoluxması təhlükəsilə bağlı çağırışlar ediblər.
Fələstində koronavirusla mübarizə tədbirləri çərçivəsində fövqəladə vəziyyət bir aylıq uzadlıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-03-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap