header

 Koronavirus qlobal iqtisadiyyatı belə çökdürür – Qərb mediası

 Koronavirus qlobal iqtisadiyyatı belə çökdürür – Qərb mediası

Koronavirus qlobal iqtisadiyyatı belə çökdürür – Qərb mediası

Martda Avstraliya, Yaponiya, Qərbi Avropadan tutmuş Birləşmiş Ştatlaradək biznesin fəaliyyəti rekord həddə yavaşıyıb. Koronavirusla mübarizə tədbirləri dünya iqtisadiyyatına zərbə vurmaqdadır. “Reuters” agentliyi yazır ki, iqtisadçılar qlobal böhranın dərinləşəcəyini düşünürlər.
 
COVID-19 adlı respirator xəstəliyə səbəb olan bu yüksək yoluxucu koronavirus bütöv regionların karantinə alınmasına səbəb olub. Bir çox yerlərdə hərbçilər küçələrdə keşik çəkir, istehlakçıların, işçilərin evdə qalmasına nəzarət edirlər. Xidmətlər, istehsal yavaşıyır, təchizat zəncirləri pozulur.
 
“Qlobal səhiyyə böhranı sürətlə qlobal iqtisadi böhrana çevrilir, çünki infeksiyaların önlənməsi ilə iqtisadiyyatın dağıdılması arasında aşkar bir gərginlik var”, – Milandakı UniCredit Bank-ın iqtisadçısı Edoardo Campanella deyib.
 
“Amma səhiyyə ilə maliyyə hakimiyyəti arasında ağıllı siyasi koordinasiya məhdudlaşdırıcı tədbirlər yumşaldılandan sonra iqtisadiyyatın bərpasına imkan yaradar”, – o əlavə edib.
 
 İşsizlik müraciətləri 1,5 milyona çatacaq
 
IHS Markit data şirkətinin martın 24-də bildirməsinə görə, sənaye və xidmət sektorlarını izləyən “U.S. Composite Output” İndeksi bu ay 40,5 səviyyəsinə düşüb. Bu, indiyədək qeydə alınmış ən aşağı göstəricidir. Fevralda 49,6 idi.
 
50-dən aşağı göstərici biznes fəaliyyətində azalma deməkdir. Bu indeks iqtisadiyyatın sağlam səviyyədə olmasını göstərir. Bu arada martın 14-də başa çatan həftəyədək işsizlik müavinətləri üçün müraciət edən amerikalıların sayı xeyli artıb.
 
İqtisadçıların proqnozuna görə, bu müraciətlər cümə axşamınadək, ötən həftənin hesabatı dərc olunanadək rekord həddə artaraq 1,5 milyona çatacaq.
 
Fransada xidmətlər rekord aşağı həddə düşüb, sənayedə on il qabaqkı qlobal maliyyə böhranından bəri ən kəskin azalma qeydə alınıb.
 
IHS Markit mart göstəricilərinə əsasən bildirir ki, avro zona iqtisadiyyatı rüblük 2 faiz civarında azalmaqdadır, virusu önləməyi hədəfləyən tədbirlər bunu daha da sürətləndirə bilər.
 
Dünyada aktiv bazarları çökdüyü bir vaxtda banklar az qala hər gün fövqəladə tədbirlər açıqlayırlar. Amma bəzi təhlilçilərin fikrincə, qeyri-müəyyən monetar siyasi yumşalma yetərli olmaya bilər, fiskal addımlar vacibdir.
 
Bu sahədə nisbətən nikbinlik də yaranıb. Martın 25-nə keçən gecə demokratlar və respublikaçılar ABŞ iqtisadiyyatını stimullaşdırmaq məqsədilə 2 trilyon dollarlıq paket üzrə razılaşma əldə ediblər.
 
İnvestorların reaksiyası
 
“Goldman Sachs” bu il qlobal iqtisadiyyatın 1,0% azalacağını proqnozlaşdırır.
 
“Koronaböhranı dünya iqtisadiyyatını dərin böhrana salıb. Bu böhrana reaksiya özünü iqtisadi fəaliyyətə fiziki məhdudiyyətlərdə göstərir və bu da müharibədən sonrakı tarixdə misli görünməmiş addımdır”, – Goldman Sachs-ın baş iqtisadçısı Jan Hatzius deyib.
 
Bəzi investorların fikrincə isə, ABŞ Prezidenti Donald Trump-ın iqtisadiyyatı sürətlə yenidən açmaq istəyi əks reaksiya verə bilər. Çünki ölkədə koronovirus hələ də yayılmaqdadır, ölüm halları artır, vətəndaşlar evdən çıxmır.
 
Trump-ın ABŞ iqtisadiyyatını tezliklə yenidən açması xəbərlərini investorlar yaxşı qarşılamayacaq, onlar koronovirusun qeyri-müəyyən trayektoriyasından, iqtisadi ziyanından narahatdırlar. “Merk Investments” şirkətinin baş investisiya rəsmisi Axel Merk deyib.
 
“Bazarların reaksiyası pis olacaq, çünki bu yanaşmanın işləmədiyini öyrəniblər”, – o, sözlərinə əlavə edib.
 
“Raymond James” şirkətinin market strategiki Ellis Phifer deyir ki, iqtisadiyyatın hissələrini yenidən açmaq sualı onu çox düşündürür.
 
“Nəyin daha baha başa gəldiyini müəyyənləşdirmək doğrudan çətindir”, – Phifer məhdudiyyətlərin daha tez, yaxud gec qaldırılması ilə bağlı ikili yanaşmaya münasibətini belə bildirir..
Koronavirus qlobal iqtisadiyyatı belə çökdürür – Qərb mediası
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-25-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap