Fələstin dövlət başçısı koronavirusa görə məhbusları əfv etdi
Fələstin dövlət başçısı koronavirusa görə məhbusları əfv etdi
Posted on : Digər sahələr 03/23/2020
Fələstin dövlət başçısı Mahmud Abbas cəzasının yarısını çəkmiş məhbusları koronavirus səbəbilə əfv edib.
Bu barədə Fələstin Prezident Adminstrasiyası mətbuat katibi Nəbil Əbu Rudeynə açıqlama verib.
O, əfv qərarının ağır cinayətlər törətmiş şəxsləri əhatə etmədiyini bildirib.
Əfv qərarının neçə nəfərə şamil olunduğu qeyd edilməyib.