header

 Gənclərə tövsiyə: Mənəviyyat baharından layiqincə istifadə edin

 Gənclərə tövsiyə: Mənəviyyat baharından layiqincə istifadə edin

Gənclərə tövsiyə: Mənəviyyat baharından layiqincə istifadə edin

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

 
Hər bir insanın qəlbinin bir incə teli, varlığının bir mənəvi tərəfi var. İnsan varlığının bir çox müxtəlif tərəfləri var: instinktlər var, meyillər var, ehtiyaclar var. Hər bir insanda bütün insanlarda olan bu kimi cəhətlərdən biri də mənəviyyat aspektidir. Bu, çox incə bir cəhətdir və gənclik illərində onun zərifliyi, şəffaflığı və saflığı daha çox özünü göstərir. Əgər biz bəşər övladları bu aspekti özümüzdə gücləndirə bilsək, o, bizim digər aspektlərimizi düzgün istiqamətləndirər. Bu o demək deyil ki, mənəviyyat aspekti instinktlərin, ehtiyacların, ağılın və rassional yanaşmanın qarşısını alsın; yox, bütün bunlar öz yerində, amma mənəviyyat aspekti insan varlığında qorunanda, güclənəndə bütün digər aspektləri düzgün istiqamətləndirir.
 
Həyatda gördüyümüz xəbis, zalım, qaniçən, pulpərəst, şəhvətpərəst, qarunqulu – bir sözlə, varlığında maddi aspektlərin üstünlük qazandığı insanlar o şəxslərdir ki, özlərində o mənəviyyat aspektini inkişaf etdirməyiblər, tədricən bu cəhət onlarda zəifləyərək aradan gedib. Mən siz gənclərə demək istəyirəm ki, özünüzdə bu mənəviyyat aspektini gücləndirmək üçün Rəcəb ayından istifadə edin, bəhrələnin. Rəcəb ayından sonra Şəban ayı, ardınca isə Ramazan ayl – mənəviyyat baharı gəlir.
 
Siz gənclər də insanlıq baharının təcəssümüsünüz, belə ki, ömrünüzün baharını yaşayırsınız; bu mənəviyyat baharından bacardığınız qədər istifadə edin. Allahı xatırlamaq, Allahın adını dilə gətirmək, bu ay üçün tövsiyə olunmuş dualar, onların məzmununa diqqət yetirmək, Quran oxumaq, namazı ilk vaxtında qılmaq, günahdan çəkinmək, gözəl əxlaq – bütün bunlar bu ayın bizim hamımız üçün yaratdığı böyük fürsətlərdir, amma siz gənclər bu fürsətlərdən daha yaxşı istifadə edə bilərsiniz; eynilə maddi fürsətlər kimi. Təsəvvür edin ki, bir meydandır; meydanın o başında finiş xətti çəkilib, bir mükafat da müəyyən olunub, mənə və sizə deyirlər ki, hansınız o xəttə tez çatsa, mükafatı qazanacaq. Kim tez çatar? Aydındır ki, siz gəncsiniz, güclüsünüz, həvəslisiniz, mən özümə gəlib yerimdən tərpənincə, siz ora çatıb mükafatı qazanacaqsınız. Mənəviyyat da eynilə bu cürdür; bunu bilin. Mənəviyyatda da sizlər daha tez, daha asan, daha sürətli və daha həzverici bir şəkildə öz məqsədinizə çata bilərsiniz. Sizin gördüyünüz bu adamlar, bizim vaxtımızda olan, misal üçün, mərhum Ayətullah Behcət kimi insanlar – nurani bir insan idi; qoca və çox nurani – onlar cavanlıqdan, yəni sizin yaşınızda olduqları vaxtdan öz mənəviyyatına diqqətli yanaşmış adamlar idi. Bu şeylərə daha gec önəm verməyə başlamış insanların isə mənəvi uğurları daha azdır. Bunları heç düşünməyənlər isə o nuranilikdən, o saflıqdan, o şəffaflıqdan məhrum qalır, əksər insanlar kimi olurlar.
 
(Ali Rəhbərin islami şagird təşkilatlarının üzvləri ilə görüşü zamanı etdiyi çıxışından – 20/04/2016.)
 
Gənclərə tövsiyə: Mənəviyyat baharından layiqincə istifadə edin
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-24-1398
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap