header

 Yəmən ordusu daha bir cəbhədə qələbələr əldə etdi

 Yəmən ordusu daha bir cəbhədə qələbələr əldə etdi

Yəmən mənbələri bu ölkənin ordu birliklərinin Məarib vilayətinin mühüm nöqtələrində irəliləyə bildiriklərini xəbər verib.

Tashaio.com "Deyerler.org"a istinadla xəbər verir ki,  Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri bu gün (12 mart) təcavüzkar Səudiyyə rejiminin koalisiya qüvvələrinə qarşı döyüşlərdən sonra, Məarib vilayətinin Sərvah mahalındakı bir neçə strateji bölgədə nəzarəti təmin etməyi bacarıb.
 
Yəmən birlikləri, həmçinin Məarib vilayətinin Talaat Əl-Həmra bölgəsində nəzarəti təmin etməyi bacarıb. Bu uğurdan sonra Sərvah cəbhəsi hərbi baxımdan tamamilə Yəmən ordusunun nəzarətinə keçib.
 
Yəmənin ordu birlikləri bir neçə gün əvvəl də Səudiyyə rejiminin koalisiya qüvvələrinin Sənaya qarşı hücumuna cavab olaraq, böyük bir əməliyyat reallaşdıraraq, Əl-Cəvf vilayətinin mərkəzi şəhəri Əl-Həzm və Məarib vilayətinin bəzi nöqtələrini ələ keçirməyi bacarmışdı.
Yəmən mənbələri bu ölkənin ordu birliklərinin Məarib vilayətinin mühüm nöqtələrində irəliləyə bildiriklərini xəbər verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-13-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap